İşin təsviri
- Nəqliyyat vasitəsini yol hərəkəti qaydalarına uyğun, təhlükəsiz və səliqəli şəkildə idarə etmək;
- Rəhbərliyin və ya şirkətin verdiyi tapşırıqlar üzrə marşrutları vaxtında icra etmək;
- Avtomobilin texniki vəziyyətinə gündəlik nəzarət etmək (yağ, yanacaq, təkərlər və s.);
- Texniki nasazlıq yarandıqda vaxtında rəhbərliyə məlumat vermək;
- Yanacaq sərfiyyatına nəzarət etmək və hesabat vermək;
- Avtomobillə bağlı sənədlərin (texniki pasport, sığorta və s.) qüvvədə olmasına nəzarət etmək;
- Daşınan yükün və ya sərnişinlərin təhlükəsizliyini təmin etmək.
Tələblər
- B və C kateqoriyalı sürücülük vəsiqəsinin olması;
- Yol hərəkəti qaydalarını və təhlükəsizlik normalarını yüksək səviyyədə bilməsi;
- Avtomobilin texniki quruluşu üzrə baza biliklərinə sahib olması;
- Yüksək məsuliyyət, diqqətlilik və intizamlılıq;
- Səliqəli xarici görünüş və yaxşı ünsiyyət bacarıqları;
- Məxfilik prinsiplərinə və etik davranış qaydalarına riayət etməsi;
- Şəhər yollarını yaxşı tanıması.