İşin təsviri
- İstifadəçilərin texniki müraciətlərinə cavab vermək, problemləri məsafədən və ya yerində aradan qaldırmaq;
- Kompüter avadanlıqlarının ilkin diaqnostikası və nasazlıqların aradan qaldırılması;
- Əməliyyat sistemlərinin (Windows və s.) quraşdırılması, sazlanması və bərpası;
- Ofis proqram təminatının (MS Office və s.) quraşdırılması və istifadəçilərə dəstək;
- İstifadəçilər üçün tətbiqi proqram təminatının quraşdırılması, sazlanması və yenilənməsi;
- Şəbəkə bağlantısının yoxlanılması, nasazlıqların aşkar edilməsi və aradan qaldırılması;
- Antivirus sistemlərinin quraşdırılması və yenilənməsi;
- Printer, skaner və digər periferiya avadanlıqları ilə bağlı texniki dəstək göstərilməsi;
- Yeni iş yerlərinin hazırlanması və avadanlıqların quraşdırılması;
- HelpDesk/ServiceDesk sistemində texniki sorğuların (ticket-lərin) qeydiyyatı, prioritetləşdirilməsi, idarə olunması və mərhələli həlli;
- Müxtəlif proqram təminatları üzrə istifadəçi dəstəyi göstərilməsi və təlimatlandırma;
- Texniki avadanlıqların və proqram təminatlarının uçotunun aparılması;
- Kompaniyanın regionlardakı ofislərinə ezamiyyətlərdə iştirak etmək, yerində texniki xidmət göstərmək;
- Postomatların və informasiya köşklərinin texniki baxışı və nasazlıqların aradan qaldırılması;
- İnventarizasiyada iştirak, texniki avadanlıqların uçotu və audit dəstəyi;
- Texniki layihələrin həyata keçirilməsində iştirak (məsələn, yeni ofis açılışı, texniki modernizasiya və s.);
- Mövcud sistemlərin təkmilləşdirilməsi ilə bağlı təkliflər verilməsi və onların yerinə yetirilməsində iştirak;
- Strukturlaşdırılmış kabel sistemində ilkin diaqnostikanın aparılması, kabel xətlərinin test edilməsi;
- RJ-45 konnektorlarının mövcud standartlara uyğun (T568A/B) crimping və montajı;
- Texniki sənədləşmənin və konfiqurasiya sxemlərinin aparılması, yenilənməsi və müntəzəm saxlanılması.
Tələblər
- Ali təhsil (İT sahəsində üstünlük verilir);
- Texniki sənədlərlə işləmə bacarığı;
- Texniki dəstək sahəsində 1 il iş təcrübəsi;
- Kompüter, printer, şəbəkə avadanlıqları və proqram təminatı ilə işləmə bacarığı;
- Windows əməliyyat sistemləri və ofis proqramları üzrə biliklər;
- LAN şəbəkələri üzrə ilkin anlayışların və troubleshooting bacarıqlarının olması;
- Active Directory və domen mühitində iş təcrübəsi arzuolunandır;
- Şəbəkə kabellərinin montajı və diaqnostikası üzrə praktiki bacarıqlar (crimping, test device ilə yoxlama);
- ServiceDesk və ya HelpDesk sistemləri ilə iş təcrübəsi (ticket menecment);
- Tətbiqi proqram təminatının (yerli proqramlar daxil olmaqla) quraşdırılması və konfiqurasiya edilməsi üzrə bacarıqlar;
- Ezamiyyətlərə hazır olmaq, çevik qrafiklə işləmək bacarığı;
- Rus dili, ingilis dili üzrə texniki sənədləri oxuma bacarığı üstünlükdür;
- Ünsiyyət qurma, stressə davamlılıq və komanda ilə işləmək bacarığı.