İşin təsviri
- Tikinti və təmir işləri üzrə qüsur aktlarının tərtib edilməsini həyata keçirmək;
- Torpaq, tikinti və təmir işləri ilə bağlı texniki və digər aidiyyəti sənədlərin hazırlanmasında iştirak etmək;
- Layihə-smeta sənədlərinin hazırlanması və razılaşdırılması prosesində iştirak etmək;
- Tikinti və təmir işlərinin layihəyə, texniki norma və tələblərə uyğun icrasına nəzarət etmək;
- Görülən işlərin keyfiyyətinə və icra müddətlərinə nəzarəti təmin etmək;
- Aidiyyəti dövlət qurumları və digər təşkilatlarla koordinasiya və əlaqələndirmə işlərini həyata keçirmək;
- Tikinti və təmir işləri üzrə görülmüş işlərin qəbulunda iştirak etmək;
- Görülmüş işlər üzrə hesabatların hazırlanmasında iştirak etmək;
- Rəhbərlik tərəfindən verilən digər aidiyyəti tapşırıqları icra etmək.
Tələblər
- Tikinti mühəndisliyi və ya müvafiq ixtisas üzrə ali təhsil;
- Tikinti və ya təmir sahəsində minimum 5 il iş təcrübəsi;
- Layihə-smeta və normativ-texniki sənədlərlə işləmək bacarığı;
- Tikinti norma və qaydaları üzrə biliklərə malik olmaq;
- MS Office proqramlarında, xüsusilə Excel və Word proqramlarında sərbəst işləmək bacarığı;
- AutoCAD və ArchiCAD proqramlarında ilkin səviyyədə işləmək bacarığı;
- Analitik düşünmə, operativ qərarvermə və problem həll etmə bacarığı;
- Komandada işləmək və effektiv kommunikasiya bacarığı;
- Məsuliyyətli, intizamlı və operativ olmaq.