İşin təsviri
- Traktorlar, kombaynlar, özüyığan maşınlar, çiləyicilər, qoşqu və asılan aqreqatlar, yük texnikası və xüsusi mexanizmlər daxil olmaqla bütün texnika parkının işlək və saz vəziyyətdə olmasını təmin edir.
- Texnikanın istismar qaydalarını və texniki tələbləri hazırlayır və tətbiq edir.
- Gündəlik istismara nəzarət edir: işə buraxılma, dayandırılma, saxlanma, mövsümi konservasiya və texniki hazırlıq.
- Hər bir texnika üçün illik və mövsümi texniki xidmət planını tərtib edir.
- Motosaat, yüklənmə və mövsümə görə xidmət intervallarını müəyyən edir.
- Mövsümlər üzrə texnikanın tam hazırlığını təşkil edir: səpinə hazırlıq, becərmə mövsümü, yığım mövsümü, payız hazırlığı.
- Gündəlik və həftəlik təmir planlarını tərtib edir, təcili nasazlıqları və planlı xidmətləri balanslaşdırır.
- Yağların, filtrlərin, kəmərlərin, zəncirlərin, işçi orqanların dəyişdirilməsini təşkil edir.
- Mühərrik, transmissiya, hidravlika, şassi və aqreqatların təmirinə rəhbərlik edir.
- Modul və detalların bərpası üçün ustalardan – qaynaq, torna, pres, mexaniki yığım düzgün istifadəni təmin edir.
- Çilingərlər, hidravliklər, elektrik və qaynaqçılara rəhbərlik edir.
- Heyətin iş bölgüsünü həyata keçirir.
- Növbəli və tam olmaqla iş qrafiklərini təşkil edir, təmir tapşırıqlarının prioritetlərini müəyyən edir.
- Təmir emalatxanalarının, qaynaq postlarının, dəzgahların, qaldırıcı avadanlıqların işini təmin edir.
- Servis qruplarının alətlərlə təmin olunmasına nəzarət edir.
- Mobil servis maşınlarının və sahə təmir briqadalarının çalışmasını təşkil edir.
- Bütün texnika üçün kritik ehtiyat hissələrinin siyahısını formalaşdırır.
- Minimum və maksimum ehtiyat səviyyələrini müəyyən edir.
- Ehtiyat hissələrinin keyfiyyətinə nəzarət edir.
- Materialların uçotunu, hərəkətini və düzgün istifadəsini təmin edir.
- Texniki tələblər hazırlayır.
- Analitika, hesabat və texniki sənədləşmə işini təşkil edir.
- Səpin, becərmə, yığım və payız mövsümləri üçün texnikanın əvvəlcədən tam hazırlanmasını təmin edir.
Vəzifə tələbləri:
- Ali və ya orta ixtisas təhsili (Mexanika mühəndisliyi, Kənd təsərrüfatı texnikası, Avtomobil nəqliyyatı və ya əlaqəli sahə)
- Müvafiq sahə üzrə əlavə təlim və sertifikatlar üstünlükdür
- Müvafiq sahədə minimum 5 il iş təcrübəsi
- Rəhbər vəzifədə (usta, sahə mexaniki, texniki rəhbər və s.) ən azı 2–3 il təcrübə
- Kənd təsərrüfatı texnikası, ağır texnika və ya istehsalat avadanlıqları ilə iş təcrübəsi üstünlükdür
- Texniki xidmət və təmir planlarının hazırlanması
- Ehtiyat hissələrinin planlaşdırılması və anbar nəzarəti
- Yanacaq və sürtkü materiallarının uçotu və nəzarəti
- Nasazlıqların diaqnostikası və operativ aradan qaldırılması
- Operativ düşünmə və stressə davamlılıq
- Zamanın düzgün idarə olunması, sərbəst araşdırma qabiliyyəti, komandada işləmək bacarığı, məsuliyyətlilik, dəqiqlik və proaktivlik;
- Azərbaycan dili səlis
- MS Office proqramlarında işləmə bacarığı
Əlavə məlumat:
- Struktur: Aqrar əməliyyatlar bloku, Mexanizasiya departamenti
- Bilavasitə tabe olduğu şəxs: Mexanizasiya departamentinin rəhbəri
- İş yeri: Yevlax təsərrüfatı
- İş qrafiki: 6 günlük iş həftəsi (1-5-ci günlər 09:00-17:00, 6-cı gün 09:00-13:00);
Qeyd olunan tələblərə uyğun namizədlərdən öz CV-lərini mövzu sətrində vakansiyanın adını (Baş mexanik) qeyd edərək hr@azsf.az elektron poçt ünvanına göndərilməsi xahiş olunur.