İşin təsviri
- Hazır məhsulların keyfiyyətinin təmin edilməsi və hazır məhsulların plana uyğun olaraq istehsal edilməsinə cavabdeh olmaq;
- Prosesin idarə edilməsi, optimallaşdırılması, sistemin düzgün işləməsini təmin etmək.
- İqtisadi cəhətdən texnoloji proseslərin əsaslandırılması, işlənib hazırlanılması, tətbiqi və məhsul buraxılışı rejimlərini işləyib hazırlamaq;
- İstehsalatın texnoloji hazırlığını və texniki cəhətdən yenidən qurulmasını, xammala, materiala, əmək sərfinə qənaət, məhsulun, işlərin (xidmətlərin) keyfiyyətinin yaxşılaşdırılmasını təmin edə biləcək istehsal rejimini təşkil etmək;
- Yeni texnika və texnologiyanın tətbiqi planlarının texnoloji sənədləşdirməsinin hazırlanmasına nəzarət etmək;
- Yeni texnikanın və texnologiyanın tətbiqi, sınağı və mənimsənilməsi müddətinin azaldılması üzrə tədbirlərin hazırlanması, istehsal gücünün artırılması, məhsulun keyfiyyətinin yaxşılaşdırılması və əməyin təşkilinin təkmilləşdirilməsində iştirak etmək;
- Məhsulun təhlükəsizliyi və keyfiyyətinə təsir edən təhlükəli faktorları aradan qaldırılması, qəza vəziyyətləri zamanı görüləcək tədbirləri və onlara əməl olunmasına nəzarət etmək;
- Texnoloji hesabatların aparılmasını təşkil etmək;
- Digər bölmələrin rəhbərləri ilə birgə, istehsal proseslərini optimallaşdırmaq və büdcə çərçivəsində fəaliyyətlərin həyata keçirilməsi üçün yeni mütərəqqi texnologiyaların tətbiqi barədə rəhbərliyə təkliflər vermək;
- İstehsalat prosesi zamanı rəhbərlik tərəfindən razılaşdırılmış texnoloji prosesin düzgün idarə olunması və bu texnoloji prosesdən kənarlaşma hallarının olmaması üçün prosesə nəzarət etmək;
- İşçilərin istehsal prosesini daha da dərindən öyrənməsi üçün onlarla qarşılıqlı dialoqlarda iştirak etmək;
- İstehsalat dayanmalarını analiz etmək, məhsulun keyfiyyətini aşağı salan faktorların araşdırılması və aradan qaldırılmasında yaxından iştirak etmək;
- İstehsalat prosesi zamanı operatorların qarşılaşdığı çətinliklərin tez bir zamanda aradan qaldırılmasında onlara yardımçı olmaq;
- İstehsalatda istifadə olunan xammal və materialların düzgün təyin olunmuş norma daxilində istifadə edilməsinə nəzarət etmək;
- İstehsalatın planlaşdırılması, vaxt normalarının yaxşılaşdırılması, iş yerinin attestasiyası və müasirləşdirilməsinə dair plan hazırlamaq;
- Eyni məhsul istehsalçılarının qabaqcıl təcrübələrindən istifadə edərək yeni metodların işlənilməsini təmin etmək;
- Qəza vəziyyətləri zamanı görüləcək tədbirlər planını müəyyən etmək və onlara əməl olunmasına nəzarət etmək;
- İstehsalat sexinin və avadanlıqlarının düzgün yuyulmasına, yuyucu və dezinfeksiya edici vasitələrin normaya uyğun olaraq istifadə edilməsinə nəzarət etmək;
- İş alətləri və avadanlıqlardan, iş geyimləri və Fərdi Mühafizə Vasitələrindən səliqəli və düzgün istifadə edilməsinə nəzarət etmək;
- İstehsal dayandıqda, iş rejimi pozulduqda, keyfiyyətsiz məhsul istehsal edildikdə, texniki təhlükəsizlik qaydaları və istehsalatda sanitariya normaları pozulduqda dərhal tabe olduğu rəhbərini məlumatlandırmaq;
- Tabeçiliyində olan işçilərin daxili əmək intizamı qaydalarına riayət etməsini təmin etmək;
Vəzifə tələbləri:
- Ali təhsil (Qida mühəndisliyi, Kimya mühəndisliyi, Aqrar mühəndislik, Texnoloji proseslər və ya əlaqəli ixtisaslar üzrə)
- İstehsalat sahəsində minimum 3-5 il iş təcrübəsi
- Qida və ya aqrar emal müəssisəsində ən azı 2 il rəhbər vəzifədə iş təcrübəsi
- Qarğıdalı və ya digər kənd təsərrüfatı məhsullarının emalı sahəsində təcrübəyə üstünlük verilir
- İstehsal proseslərinin qurulması, planlaşdırılması və optimallaşdırılması sahəsində praktiki bilik və bacarıq
- Texnoloji xətt və sənaye avadanlıqlarının iş prinsipləri barədə dərin bilik
- İstehsal gücünün artırılması, itkilərin azaldılması və xərclərin optimallaşdırılması üzrə təcrübə
- Keyfiyyət idarəetmə sistemləri (ISO, HACCP və s.) barədə məlumatlılıq və tətbiq təcrübəsi
- İstehsal planının hazırlanması, gündəlik və aylıq hesabatların tərtibi bacarığı
- Anbar, xammal və hazır məhsul dövriyyəsinə nəzarət təcrübəsi
- Komandanın idarə olunması, motivasiya və performans qiymətləndirilməsi bacarığı
- Problemlərin operativ həlli və qərarvermə qabiliyyəti
- Yüksək məsuliyyətlilik, intizam və təşkilatçılıq qabiliyyəti
- Azərbaycan dili səlis, İngilis dili və rus dili yaxşı
- Microsoft Office proqramlarını sərbəst istifadəçi səviyyəsində bilməsi.
Əlavə məlumat:
- Struktur: İstehsalat departamenti
- Birbaşa tabe olduğu şəxs: İstehsalat departamentinin rəhbəri
- İş yeri: Oğuz rayonu
- İş qrafiki: 5 günlük iş həftəsi ( 09:00-18:00)
Qeyd olunan tələblərə uyğun namizədlərdən öz CV-lərini mövzu sətrində vakansiyanın adını (İstehsalat şöbəsinin müdiri) qeyd edərək hr@azsf.az elektron ünvanına göndərilməsi xahiş olunur.