İşin təsviri
Mövsümi və operativ mexaniki işlərin planlaşdırılması
- İllik, rüblük və həftəlik mexaniki sahə işlərinin planını hazırlayır.
- Əkin sahələri, bitki növləri və texnoloji kartların tələblərinə uyğun iş həcmlərini müəyyən edir.
- Heyyət üçün gündəlik operativ tapşırıqları formalaşdırır.
Texnika və resursların bölgüsü
- Hər bir əməliyyat üçün tələb olunan traktor, kombayn, qoşqu və aqreqat sayını müəyyən edir.
- Texnika parkının növbələr üzrə yüklənmə planını tərtib edir.
- Mexanizatorların, operatorların və texniki xidmət heyətinin bölgüsünü əlaqələndirir.
Sahə işlərinin gedişatına nəzarət və koordinasiya
- Texnoloji kartlara uyğun olaraq sahə işlərinin vaxtında başlanması və tamamlanmasını təmin edir.
- Aqronomlar, mexanizatorlar və mühəndis-texniki xidmət arasında qarşılıqlı əlaqəni təşkil edir.
- İşlərin keyfiyyət göstəricilərinə nəzarət edir.
Texnoloji kartların icrasına nəzarət
- Texnoloji əməliyyatların tam icrasını – müddətlər, dərinliklər, gübrə və pestisid norması, səpin və yığım parametrləri – yoxlayır.
- Sahədə keyfiyyət nəzarəti ölçmələri aparır.
Sahə proseslərinin logistikasının təşkili
- Texnikanın marşrutlarını planlaşdırır və daşınmasını təşkil edir.
- Yardımçı texnikanın hazır vəziyyətdə olmasını təmin edir.
GPS və telemetriya monitorinqi
- Tapşırıqların icrasını GPS və CAN-telemetriya ilə izləyir.
- İş vaxtı, dayanma, sürət və yanacaq sərfiyyatını təhlil edir.
- Normadan kənar halları aşkar edir.
Texnikanın sahəyə çıxışa hazırlığı
- Aqreqatların komplektliyini və işçi orqanların vəziyyətinə nəzarət edir.
- Səpin, çiləmə və biçin avadanlıqlarının sazlanmasına nəzarət edir.
- Qoşulan və asılan alətlərin texniki vəziyyətinə nəzarət edir.
Hesabatların hazırlanması
- Günlük və həftəlik hesabatlar tərtib edir.
- Məhsuldarlıq və faktiki göstəriciləri təhlil edir.
- Hektar əməliyyatlarının maya dəyərini hesablayır.
Təhlükəsizlik tələblərinə nəzarət
- İşlərin təhlükəsizlik standartlarına uyğunluğunu təmin edir.
- Mexanizatorların təlimatlandırılmasını təşkil edir.
Vəzifə tələbləri:
- Ali təhsil (Aqronomluq, Aqrar mühəndislik, Torpaqşünaslıq, Bitki mühafizəsi, Menecment və ya əlaqəli sahə)
- Müvafiq sahə üzrə əlavə sertifikatlar arzuolunandır
- Aqrar sahədə minimum 3–5 il iş təcrübəsi
- Sahə işlərinin planlaşdırılması və koordinasiyası üzrə təcrübə
- Böyük təsərrüfat və ya çoxşaxəli sahə əməliyyatlarının idarə olunması təcrübəsi üstünlükdür
- Əkin planlaması və mövsümi iş qrafiklərinin hazırlanması
- Texnika və işçi qüvvəsinin effektiv bölgüsü
- Operativ düşünmə və stressə davamlılıq
- Sıx deadline-lar şəraitində tapşırıqları vaxtında və keyfiyyətli icra etmə bacarığı;
- Sərbəst araşdırma qabiliyyəti, komandada işləmək bacarığı, məsuliyyətlilik;
- Azərbaycan dili səlis
- Microsoft Office proqramlarını sərbəst istifadəçi səviyyəsində bilməsi.
Əlavə məlumat:
- Struktur: Aqrar əməliyyatlar bloku, Mexanizasiya departamenti
- Bilavasitə tabe olduğu şəxs: Mexanizasiya departamentinin rəhbəri
- İş yeri: Yevlax, Beyləqan
- İş qrafiki: 6 günlük iş həftəsi (1-5-ci günlər 09:00-17:00, 6-cı gün 09:00-13:00);
Qeyd olunan tələblərə uyğun namizədlərdən öz CV-lərini mövzu sətrində vakansiyanın adını (Sahə işlərinin planlaşdırılması və təşkili üzrə aparıcı mütəxəssis) qeyd edərək hr@azsf.az elektron poçt ünvanına göndərilməsi xahiş olunur.