İşin təsviri
Beynəlxalq bağlama daşımalarının planlaşdırılması, təşkili və icrasına operativ nəzarətin həyata keçirilməsi;
Daşınma prosesinin bütün mərhələlərinin (pickup → transit → customs → delivery) koordinasiyası və fasiləsiz icrasının təmin edilməsi;
Daşınma zamanı yarana biləcək gecikmə, marşrut dəyişikliyi, yük itkisi və risk hallarının operativ idarə olunması;
Daşıma prosesində meydana çıxan operativ və sistematik problemlərin təhlili, səbəblərinin müəyyən edilməsi və həlli;
Daşıyıcılar, gömrük brokerləri və digər tərəfdaşlarla effektiv kommunikasiya və əməkdaşlığın qurulması;
Müqavilə şərtlərinə uyğun olaraq SLA və KPI göstəricilərinin icrasına nəzarət edilməsi və performansın qiymətləndirilməsi;
Beynəlxalq daşımalar üzrə əməliyyat, performans və analitik hesabatların hazırlanması və rəhbərliyə təqdim edilməsi;
Proseslərin optimallaşdırılması məqsədilə təkmilləşdirmə təkliflərinin hazırlanması.
Tələblər
Dil bilikləri Azərbaycan dili – səlis, Rus dili – yaxşı səviyyədə, İngilis dili – ən azı orta səviyyə.r.
Ali təhsil;
Kargo sahəsində minimum 1-2 il iş təcrübəsi;
Əməliyyat yönümlü logistika proseslərində praktik bilik;
Analitik düşüncə, operativlik və detallara diqqət;
Güclü ünsiyyət və koordinasiya bacarığı ;