Anderraytinq və təkrarsığorta üzrə departament müdiri

Müraciət et
Müraciət et
CV yüklə (doc, docx, pdf)

İşin təsviri

Müəssisə: Azərbaycan Sənaye Sığorta ASC

Vəzifə öhdəlikləri:

  • Risklərin təkrarsığortasının təhlili və təşkili
  • Müvafiq sığorta növləri üzrə təkrarsığorta bazasının davamlı inkişaf etdirilməsi
  • Şirkətin təkrarsığorta siyasətinin icrasında iştirak və risklərin rəhbərliklə birgə analizi
  • Cari risklərin təhlili: risk seleksiyası, tariflərin hesablanması, sığorta şərtlərinin müəyyən edilməsi və təkrarsığortaçılarla danışıqların aparılması
  • Risklərin təkrarsığortalanması və sığorta hadisələri üzrə partnyorlarla əlaqənin saxlanılması
  • Sığorta hadisələri üzrə məlumat bazasının periodik təhlili
  • Sığorta polislərinin buraxılışı, tarif və şərtlərin düzgünlüyünün yoxlanılması
  • Yeni sığorta proqramlarının hazırlanmasında iştirak (tarif və sənədləşmə)
  • Müvafiq sığorta növü üzrə tarif və sığorta şərtlərinin sistemləşdirilməsi və təkmilləşdirilməsi
  • Zərərlilik hesabatlarının hazırlanması və təhlili
  • Qeyri-standart risklər üzrə surveylərdə və risk qiymətləndirilməsində iştirak
  • Risklərin qəbulunda təkrarsığortaya ehtiyacın müəyyən edilməsi
  • Sığorta sənədlərinin düzgünlüyünə nəzarət
  • Şöbə daxilində bilik və təcrübənin paylaşılması
  • Hadisələrin “sığorta / qeyri-sığorta hadisəsi” statusunun müəyyən edilməsində iştirak
  • Birbaşa rəhbərliyin tapşırıqlarının yerinə yetirilməsi

Tələblər:

  • İqtisadiyyat, maliyyə və ya hüquq üzrə ali təhsil
  • Sığorta və ya maliyyə sektorunda 5–10 il iş təcrübəsi
  • Sığorta qanunvericiliyi üzrə biliklər
    (AR “Sığorta fəaliyyəti haqqında” Qanun, Mülki Məcəllə, İcbari sığortalar və s.)
  • Sığorta məhsulları və İSB sisteminin iş prinsipləri üzrə biliklər
  • MS Office proqramlarında yaxşı səviyyədə işləmə bacarığı (Excel, Word, Outlook)
  • Azərbaycan dili – əla, rus və ingilis dili biliyi üstünlükdür
  • Analitik düşüncə, problem həll etmə və qərarvermə bacarığı
  • Liderlik və idarəetmə bacarıqları

Biz nə təklif edirik:

  • İş yeri: Bakı şəhəri, Gümüş Plaza
  • İş qrafiki: Bazar ertəsi–Cümə, saat 09:00–18:00
  • Nahar: Şirkət tərəfindən təmin olunur.
  • Əməkhaqqı: Təcrübə və ixtisas səviyyəsinə uyğun rəqabət qabiliyyətli əməkhaqqı.
  • İş mühiti: Regionun aparıcı siğorta şirkətində dinamik, innovativ və əməkdaşlığa əsaslanan korporativ mədəniyyət

Tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi cv@azersun.com elektron poçtuna göndərə bilər və ya hr.azersun.com ünvanında qeydiyyatdan keçərək müraciət edə bilərsiniz. Email-in mövzu hissəsində “Anderraytinq və təkrarsığorta üzrə departament müdiri – 28690” qeyd etməyiniz xahiş olunur.