İşin təsviri
Müəssisə: Azərbaycan Sənaye Sığorta ASC
Vəzifə öhdəlikləri:
- Təkrarsığorta müraciətləri üzrə zəruri məlumatları toplamaq, təhlil etmək və təkrarsığorta şəhadətnamələrini hazırlamaq;
- Təkrarsığorta müqavilələrinə dəyişiklik və ya xitam zamanı Maliyyə və Sığorta Hadisələrinin Araşdırılması departamentlərindən imzalı rəy almaq;
- Təkrarsığorta müqavilələrinin yenilənməsi ilə bağlı təkrarsığortaçılarla əlaqələri idarə etmək və yenilənmə prosesini həyata keçirmək;
- Surveyer olunacaq əmlaklara baxış keçirmək və foto materialları hazırlamaq;
- Müvafiq uçot, nəzarət və analitik hesabatları hazırlamaq;
- Ekspertlər, survey şirkətləri və təkrarsığortaçılarla açıq zərərlər üzrə məlumat mübadiləsini aparmaq;
- Zərərlərlə bağlı məlumatları toplamaq, araşdırmaq və təkrarsığortaçıya təqdim etmək;
- Riyazi hesablamalar əsasında təkrarsığorta sahəsində problemlərin optimal həll yollarını müəyyənləşdirmək;
- Səhmdarların Ümumi Yığıncağı, Direktorlar Şurası və İdarə Heyətinin qərarlarını, eləcə də AR Mərkəzi Bankının normativ tələblərini icra etmək;
- Təkrarsığorta əməliyyatlarını şirkətin daxili sisteminə daxil etmək;
- Təkrarsığorta şirkətləri üçün borderolar hazırlamaq və təqdim etmək;
- Fakultativ slip şərtlərini razılaşdırmaq, proqram üzərindən hazırlamaq və göndərmək;
- Treaty üzrə danışıqlar aparmaq, şərtləri razılaşdırmaq və illik təkrarsığorta müqavilələrini hazırlamaq;
- Mənfəət komissiyasının hesablanmasına, qarşı tərəfə bildirilməsinə və ödənişlərin həyata keçirilməsinə nəzarət etmək;
- Daxil olan təkrarsığorta risklərini qiymətləndirmək;
- Struktur bölmələrdən daxil olan təkrarsığorta sorğularını cavablandırmaq;
- Təkrarsığorta əməliyyatları üzrə yenilənmə proseslərini idarə etmək;
Tələblər
- Ali təhsil: Maliyyə, Sığorta işi, İqtisadiyyat, Biznesin idarə edilməsi;
- Sığorta və ya əlaqəli sahədə minimum 2 il iş təcrübəsi;
- Microsoft Office proqramlarında (Excel, Word, Outlook) yaxşı səviyyədə işləmə bacarığı;
- Dil bilikləri: Azərbaycan dili – əla, Rus dili – yaxşı, İngilis dili – orta (üstünlükdür);
- Analitik düşünmə və dəyərləndirmə bacarığı;
- Yüksək ünsiyyət və danışıqlar aparmaq bacarığı;
- Risk analizi və sığorta məhsulları üzrə biliklər.
Biz nə təklif edirik:
- İş yeri: Bakı şəhəri, Gümüş Plaza
- İş qrafiki: Bazar ertəsi–Cümə, saat 09:00–18:00
- Nahar: Şirkət tərəfindən təmin olunur.
- Əməkhaqqı: Təcrübə və ixtisas səviyyəsinə uyğun rəqabət qabiliyyətli əməkhaqqı.
- İş mühiti: Regionun aparıcı siğorta şirkətində dinamik, innovativ və əməkdaşlığa əsaslanan korporativ mədəniyyət
Tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi Müraciət et düyməsində qeyd olunan elektron poçtuna göndərə bilər və ya hr.azersun.com ünvanında qeydiyyatdan keçərək müraciət edə bilərsiniz. Email-in mövzu hissəsində “Təkrarsığorta Şöbəsinin mütəxəssisi – 29239” qeyd etməyiniz xahiş olunur.