İşin təsviri

Müəssisə: AZ ŞƏKƏR İST. BİRLİYİ MMC

Tələblər:

  • Sənaye, kimya, qida və ya maşınqayırma mühəndisi ixtisasları üzrə ali təhsil;
  • MS Office proqramları bilikləri;
  • ISO 9001, ISO 22000 standartları üzrə sertifikat (arzuolunandır) – Proses və laboratoriya sahəsində təcrübəsi olanlara üstünlük verilir.
  • Rus dili və ingilis dili biliyi üstünlükdür

İş haqqında məlumat: 

  • Laboratoriyaya daxil olan nümunələrdə iş təlimatlarına uyğun olaraq analizləri yerinə yetirmək;
  • Yerli və beynəlxalq standartlara uyğun analizləri həyata keçirmək;
  • Alınan nəticələri laboratoriyanın xüsusi formalarına və ya kompyuter proqramlarına qeyd etmək, lazım gəldikdə müvafiq şəxslərə məlumat vermək;
  • İş yerini, istifadə olunan avadanlıqları, cihazları və qabları təmiz və işlək vəziyyətdə saxlamaq;
  • Təhlükəsizlik və əməyin mühafizəsi qaydalarına riayət etmək;
  • İstehsalat prosesində keyfiyyətlə bağlı yoxlamalar aparmaq və laboratoriyada əldə olunan analiz nəticələrində hər hansı uyğunsuzluq aşkar edildiyi halda müvafiq şəxslərə məlumat vermək;
  • Laboratoriya sahəsində istifadə olunan cihaz və avadanlıqlardan düzgün istifadə etmək və onların saxlanmasına cavabdeh olmaq;
  • Gizli saxlanması vacib olan məlumatların qorunmasını təmin etmək və aidiyyəti olmayan şəxslərə ötürməmək;
  • Rəhbərliyin göstərişi əsasında vəzifə səlahiyyətlərinə uyğun digər işləri yerinə yetirmək;
  • Əməyin mühafizəsi, təhlükəsizlik, sanitar-gigiyena və yanğından mühafizə qaydalarını öyrənmək, mənimsəmək və onlara əməl etmək;
  • Əmək funksiyasını özünü və digər işçiləri təhlükəyə məruz qoymayacaq şəkildə icra etmək;
  • Şəxsi buraxılış olmadan həyat üçün təhlükəli mənbələrdə işləməmək;
  • Verilmiş xüsusi geyim və ayaqqabıdan istifadə etmək, fərdi və kollektiv mühafizə vasitələrindən istifadə etmək;
  • Əməyin mühafizəsi qaydalarının pozuntuları, qəza və bədbəxt hadisələr barədə işəgötürənin nümayəndələrinə dərhal məlumat vermək;

İş Qrafiki:

  • Növbəli iş qrafiki 
  • Digər bölgələrdən işçi alınacağı təqdirdə yaşayış yeri və gün ərzində 3 dəfə qidalanma şirkət tərəfindən qarşılanacaqdır

İş Yeri: İmişli

Tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi cv@azersun.com elektron poçtuna göndərə bilər və ya Müraciət Et düyməsində qeyd olunan link-də qeydiyyatdan keçərək müraciət edə bilərsiniz. Email-in mövzu hissəsində “Laborant” qeyd etməyiniz və çalışmaq istədiyiniz şəhərin adını bildirməyiniz xahiş olunur.