Müraciət et
Müraciət et
CV yüklə (doc, docx, pdf)

İşin təsviri

Müəssisə: Bakı Qida və Yağ Fabriki MMC

Vəzifə öhdəlikləri:

  • İstehsal, keyfiyyətə nəzarət, laboratoriya, anbar və texniki şöbələrlə koordinasiyalı işləmək;
  • Növbəni qaydalara uyğun təhvil almaq və təhvil vermək, istehsal prosesini və texnoloji göstəriciləri nəzarətdə saxlamaq;
  • Avadanlıq, nasos və ölçü cihazlarının işlək vəziyyətini yoxlamaq, yaranan texniki problemlərlə bağlı aidiyyəti əməkdaşları məlumatlandırmaq;
  • İstehsal prosesində uyğunsuzluqlar aşkar edildikdə operativ tədbirlər görmək və zəruri hallarda prosesi dayandırmaq;
  • Tabeliyində olan əməkdaşların iş bölgüsünü təşkil etmək və onların vəzifə təlimatlarına uyğun fəaliyyətinə nəzarət etmək;
  • Məhsul, xammal, qatqı maddələri və sərf materialları üzrə müvafiq qeydiyyat və nəzarəti aparmaq;
  • İstehsal parametrlərini avtomatlaşdırma sistemi vasitəsilə izləmək və normadan kənarlaşmalara operativ reaksiya vermək;
  • Məhsullar üzrə dequstasiya və keyfiyyət yoxlamalarının aparılmasını təmin etmək;
  • İstehsal sahələrində təmizlik, yuma və sanitariya qaydalarına riayət olunmasına nəzarət etmək;
  • İstehsalın plana uyğun, minimum itki ilə və təhlükəsizlik tələblərinə riayət etməklə həyata keçirilməsini təmin etmək;
  • Əməyin mühafizəsi, yanğın təhlükəsizliyi və fərdi mühafizə vasitələrindən istifadə qaydalarına əməl etmək;
  • Sahə rəisi olmadığı hallarda onu əvəz etmək.

Texniki və nəzəri biliklər

  • İstehsal proseslərini və texnoloji sxemləri oxumaq və təhlil etmək bacarığı;
  • Mayonez, ketçup və sous məhsullarının hazırlanması və dolum texnologiyası üzrə bilik;
  • İstehsal göstəricilərinin, sərfiyyatın və performansın hesablanması və izlənilməsi bacarığı;
  • İstehsal avadanlıqları, PLC, avtomatik, pnevmatik və hidravlik sistemlər üzrə baza bilikləri;
  • Məhsulun keyfiyyət göstəricilərini və istehsal parametrlərini qiymətləndirmək bacarığı;
  • Xammal, material və hazır məhsulların uçotu və istehsal planına uyğun idarə olunması üzrə bilik;
  • Məhsulların orqanoleptik qiymətləndirilməsi və dequstasiya bacarığı;
  • Qida təhlükəsizliyi, sanitariya, əməyin mühafizəsi və istehsal təhlükəsizliyi qaydalarını bilmək;
  • Təhlükəli və kimyəvi maddələrlə işləmə qaydaları üzrə bilik.

Biz nə təklif edirik

  • İş yeri: Sumqayıt şəhəri, Bakı Qida və Yağ Fabriki MMC / İstehsalat;
  • İş qrafiki: 3 növbəli iş rejimi — 07:00–15:00, 15:00–23:00, 23:00–07:00;
  • Nahar: Şirkət tərəfindən təmin olunur;
  • Servis xidməti: Şirkət tərəfindən təmin olunur;
  • Əməkhaqqı: Namizədin təcrübə və ixtisas səviyyəsinə uyğun rəqabətqabiliyyətli əməkhaqqı;
  • İş mühiti: Regionun aparıcı FMCG şirkətlərindən birində dinamik, peşəkar və inkişafyönümlü korporativ mühit.

Tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi cv@azersun.com elektron poçt ünvanına göndərə bilər və ya hr.azersun.com ünvanında qeydiyyatdan keçərək müraciət edə bilərsiniz. Email-in mövzu hissəsində “Növbə mühəndisi” qeyd etməyiniz xahiş olunur.