İşin təsviri
Müəssisə: Nobel Food İndustry MMC
Tələblər:
- Ali təhsil (Avtomatlaşdırma sahəsi üzrə)
- Qeyd olunan vəzifə üzrə minimum 2 il iş təcrübəsi
- Texniki heyətin idarə olunması və təlimatlandırılması üzrə təcrübə (üstünlükdür)
- Əməyin mühafizəsi, texniki təhlükəsizlik, yanğın və sanitariya-gigiyena qaydaları üzrə biliklər
- Ehtiyat hissələri, stok idarəetməsi və minimum ehtiyat səviyyələrinin hesablanması üzrə biliklər
Vəzifə öhdəlikləri:
- Proseslərdə istifadə olunan bütün alət və avadanlıqların təhlükəsiz, səmərəli və estetik şəkildə montajını, yerləşdirilməsini və istismarını təşkil etmək,
- Yeni quraşdırılacaq alət və avadanlıqların dizaynında, layihələndirilməsində, yerləşdirilməsində, montaj və demontaj işlərində, həmçinin proses dəyişiklikləri zamanı prosedur və iş təlimatlarının hazırlanmasında iştirak etmək,
- Alət və avadanlıqların layihəyə uyğun qurulmasını, istismara verilməsini və texniki uyğunluğunu təşkil etmək və nəzarətdə saxlamaq,
- Bütün avadanlıq və qurğular üzrə inventar siyahısını aparmaq, texniki kataloqları və ehtiyat hissələri siyahılarını hazırlamaq, sənədləşdirmək və arxivləşdirmək,
- Proseslərdə istifadə olunan maşın və avadanlıqların düzgün işləməsinə və sınaqdan keçirilməsinə nəzarət etmək, planlı təmir-baxım proqramlarını hazırlamaq və icrasını təmin etmək,
- Avadanlıqların aşınma müddətini nəzərə alaraq ehtiyat hissələrinin minimum stok səviyyəsini izləmək, kritik həddə çatan hissələr üzrə sifarişlərin açılmasını və təqibini həyata keçirmək,
- Təmir-baxım proseslərini təhlil edərək nasazlıqların kök səbəblərini müəyyən etmək, təmir sayını azaldacaq düzəldici və qabaqlayıcı tədbirlər üzrə təkliflər vermək,
- İstehsal proseslərinin səmərəliliyini artırmaq, tullantıları azaltmaq və məhsul keyfiyyətini yüksəltmək məqsədilə texniki araşdırmalar aparmaq, innovativ və iqtisadi həllərin tətbiqində iştirak etmək,
- Lazım olan texniki ehtiyat hissələri və mexaniki materiallar üzrə texniki kartları hazırlamaq, rəf ömrünü nəzərə alaraq sifarişləri açmaq və izləmək,
- İstehsal planına uyğun olaraq texniki personalı təlimatlandırmaq, istiqamətləndirmək və nəzarətdə saxlamaq, işçilərin bilik və bacarıqlarının artırılması üçün təlimlər keçirmək,
- Texniki sənədləşmənin Keyfiyyət İdarəetmə Sisteminin tələblərinə uyğun aparılmasını, məxfi saxlanılmasını və arxivləşdirilməsini təmin etmək,
- Əməyin mühafizəsi, texniki təhlükəsizlik, sanitariya və yanğın təhlükəsizliyi qaydalarına əməl etmək, riskli halları və baş verən hadisələri dərhal rəhbərliyə bildirmək və rəhbərliyin tapşırıqlarını şirkət maraqlarına uyğun icra etmək.
İş şəraiti:
- İş Qrafiki: Həftə içi 5 gün
- İş yeri: Bakı şəh., Xəzər rayon, Binə qəsəbəsi
- Əməkhaqqı: Təcrübə və ixtisas səviyyəsinə uyğun rəqabətqabiliyyətli əməkhaqqı
- Nahar şirkət tərəfindən təmin olunur
- Nəqliyyat dəstəyi mövcuddur
Tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi cv@azersun.com elektron poçtuna göndərə bilər və ya hr.azersun.com ünvanında qeydiyyatdan keçərək müraciət edə bilərsiniz. Email-in mövzu hissəsində “Texniki sahə mühəndisi– 28290” qeyd etməyiniz xahiş olunur.