Vakansiya haqqında
Vəzifə öhdəlikləri
İstehsal olunacaq məhsul və detallar üzrə bütün zəruri texniki çertyojların hazırlanması, rəsmiləşdirilməsi və istehsalata təqdim edilməsi;
Yeni və innovativ məhsulların hazırlanması məqsədilə texniki araşdırmaların aparılması, detalların layihələndirilməsi və texniki təhlilinin həyata keçirilməsi;
Detalların və montaj vahidlərinin texniki xüsusiyyətlərinin müəyyən edilməsi, müvafiq texniki sənədlərin və hesabatların hazırlanması, sistemləşdirilməsi və arxivləşdirilməsi;
Layihələndirilən məhsulların yerli və beynəlxalq standartlara (DÜST, EN, ISO, API, AWWA və s.) uyğunluğunun təmin edilməsi;
İstehsalat və emalatxana əməkdaşları ilə sıx əməkdaşlığın qurulması, istehsal prosesində yaranan texniki məsələlərin operativ həllində iştirak edilməsi;
Qəlibləmə prosesləri üçün modellərin, qəliblərin və içliklərin layihələndirilməsi;
Yeni sifariş olunan məhsulların ölçülərinin götürülməsi, texniki parametrlərinin müəyyənləşdirilməsi və prototiplərin hazırlanması;
Məhsulların konstruktiv təkmilləşdirilməsi və istehsal proseslərinin optimallaşdırılması istiqamətində təkliflərin hazırlanması;
Hazırlanmış layihələrin texniki tələblərə və istehsalat imkanlarına uyğunluğunun yoxlanılması; Şöbə rəhbəri tərəfindən verilən digər texniki tapşırıqların icrasında fəal iştirak edilməsi.
İş şəraiti
İş qrafiki: həftənin 5 günü, 09:00-18:00
İş yeri: Azertexnolayn MMC, Sumqayıt şəhəri, Kimyaçılar küçəsi, 1 Sumqayıt Kimya Sənayə Parkı
Nahar və servis şirkət tərəfindən təmin olunur.
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına “ Texniki dizayner ” başlığı ilə CV göndərə bilərlər.
Tələblər
- İxtisas: Maşınqayırma, mexanika mühəndisliyi, mexatronika və ya müvafiq mühəndislik sahələri üzrə təhsil
- İş təcrübəsi: Müvafiq sahə üzrə minimum 2 il iş təcrübəsi
- Xarici dil bilikləri: Rus
- Kompüter bilikləri: MS Office proqramları (xüsusilə Word və Excel)
- SolidWorks, AutoCAD proqramlarında işləmək bacarığı
- Inventor, CATIA, UG NX, Pro/ENGINEER kimi 3D modelləşdirmə proqramlarından ən azı birində sərbəst işləmək bacarığı
- Texniki çertyojların hazırlanması, oxunması və təhlili bacarığı
- Yerli və beynəlxalq standartlar (DÜST, EN, ISO, API, AWWA və s.) üzrə biliklər
- Layihələrin hazırlanması, icrası və təqibi prosedurları barədə məlumatlılıq
- Texniki sənədləşmə və hesabatların hazırlanması bacarığı
- Analitik düşünmə, problem həll etmə və komandada işləmək bacarığı. sadece bu daha yigcam
Üstünlük hesab olunur
- Türk və ingilis dillərini bilmək arzuolunandır
- ANSYS proqramı üzrə biliklərə malik olmaq üstünlükdür
Oxşar elanlar
- Boya operatoruSAMT LLC · 3 gün əvvəl
- Kiçik Sənaye MühəndisiGiltex MMC · 3 gün əvvəl
- Baş tibb bacısı (Bakı, Sumqayıt)SwissDent · 28 oktyabr 2026
- Mikro kreditlər üzrə mütəxəssis/aparıcı mütəxəssis/böyük mütəxəssis (Sumqayıt filialı üzrə)Expressbank · 23 oktyabr 2026
- Mikro kreditlər üzrə kiçik kredit mütəxəssisi (Bakı və Sumqayıt filialları üzrə)Expressbank · 23 oktyabr 2026
- Legal CounselSAMT LLC · 22 oktyabr 2026