Biznes proseslərin idarəolunması üzrə böyük mütəxəssis

Müraciət et
Müraciət et
CV yüklə (doc, docx, pdf)

İşin təsviri

Departament: Keyfiyyət təminatı/ Biznes proseslərin təhlili və idarəolunması şöbəsi

Əsas vəzifə və öhdəlikləri:

  • Biznes proseslərin idarə edilməsi üzrə metodoloji sənədlərin hazırlanması və təkmilləşdirilməsini həyata keçirmək;
  • Proseslərin optimallaşdırılması ilə bağlı təkliflər vermək;
  • Proseslərin avtomatlaşdırılması ilə bağlı fəaliyyətlərə nəzarət etmək;
  • Cəmiyyət üzrə aparılan fəaliyyətin təsdiqlənmiş proses sənədlərinə uyğun şəkildə aparılmasını yoxlamaq və monitorinq hesabatlarını hazırlamaq.

Tələb olunan kompetensiyalar:

  • Ali təhsil
  • Biznes proseslərin modelləşdirilməsi və optimallaşdırılması üzrə biliklər;
  • BPM metodologiyaları (BPMN, Lean, Six Sigma, Kaizen, ISO 9001 və s.) ilə işləmə bacarığı;
  • Proseslərin xəritələşdirilməsi və təhlili (As-Is / To-Be modelləşdirmə);
  • Proses avtomatlaşdırma alətləri (MS Visio, ENSEMBLE və s.) üzrə təcrübə;
  • Keyfiyyət və performans göstəriciləri (KPI, SLA, OLA) ilə işləmə təcrübəsi;
  • Microsoft Office (Excel, PowerPoint, Word, Power BI) üzrə güclü bacarıqlar;
  • Daxili normativ sənədlərin hazırlanması (proses təsvirləri, prosedurlar, təlimatlar);
  • IT sistemləri və rəqəmsal transformasiya barədə anlayışlar;
  • Güclü analitik düşüncə və problem həll etmə bacarığı;
  • Strukturlaşdırma və sistemli yanaşma qabiliyyəti;
  • Komanda işi və müxtəlif şöbələrlə əməkdaşlıq bacarığı;
  • Effektiv kommunikasiya və təqdimat bacarıqları;
  • Detallara diqqət və dəqiqlik;
  • Çeviklik və adaptasiya – dəyişən prioritetlərə uyğunlaşmaq;
  • Liderlik və təşəbbüskarlıq (kiçik mütəxəssislərə mentorluq edə bilmək);
  • Zaman idarəetməsi və prioritetləşdirmə bacarığı;
  • Müvafiq sahə üzrə minimum 3 il iş təcrübəsi;
  • Azərbaycan dili – səlis, ingilis dili – əla; rus dili – arzuolunan.

Maraqlanan namizədlər CV-lərini mövzu sətrində vakansiyanın adını qeyd edərək, career@azintelecom.az elektron poçt ünvanına göndərə bilərlər.