Kommersiya (Qrafik dizayn/Rəqəmsal marketinq) üzrə təcrübəçi

İşin təsviri

Təsvir

Qrafik dizayn istiqaməti üzrə

• Reklam kampaniyaları üçün vizual materialların hazırlanmasında dizayn komandasına dəstək

• Sosial media və rəqəmsal kanallar üçün qrafik materialların hazırlanmasında iştirak

• Banner, poster, flayer və digər marketinq materiallarının dizaynına dəstək

• Dizaynların müxtəlif ölçü və formatlara adaptasiyasında iştirak

• Marketinq və dizayn komandası ilə əməkdaşlıq edərək real layihələr üzərində təcrübə qazanmaq

Rəqəmsal marketinq istiqaməti üzrə

• Rəqəmsal marketinq kampaniyalarının planlanması və icrasında komandaya dəstək

• Sosial media, Google Ads və digər platformalar üzrə kampaniyaların izlənməsi və optimizasiyasında iştirak

• Veb sayt və sosial media üçün kontent planının hazırlanmasına dəstək

• Kampaniya nəticələrinin analizi və hesabatların hazırlanmasında iştirak

• SEO və veb trafik göstəricilərinin izlənməsi və araşdırılması

• Kreativ ideyaların hazırlanmasında və A/B testlərdə iştirak

Tələblər

Qrafik dizayn istiqaməti üzrə

• Qrafik dizayn və ya əlaqəli sahə üzrə təhsil

• Vizual düşüncə və kreativ yanaşma

• Dizayn alətlərinə (Adobe Photoshop, Illustrator və s.) ilkin səviyyədə bələdlik

• Sosial media üçün vizual kontentə maraq

• Komanda ilə işləmək və öyrənməyə açıq olmaq

Rəqəmsal marketinq istiqaməti üzrə

• Marketinq, Biznes, Kommunikasiya və ya əlaqəli sahə üzrə təhsil

• Rəqəmsal marketinq alətləri və sosial media platformalarına maraq

• Analitik düşüncə və məlumatlarla işləmə bacarığı

• MS Excel və təqdimat alətləri ilə işləmə bacarığı

• Azərbaycan dili – səlis, İngilis dili – orta səviyyə

• Google Analytics, Meta Ads və ya Google Ads ilə ilkin tanışlıq üstünlükdür

• SEO əsasları üzrə biliklər üstünlükdür

• Kontent yazarlığı və ya dizayn alətləri üzrə ilkin bacarıqlar üstünlükdür