Kommunikasiya üzrə mütəxəssis

Müraciət et
Müraciət et
CV yüklə (doc, docx, pdf)

İşin təsviri

Departament: Kommersiya/Marketinq

Vəzifə öhdəlikləri:

  • Press-relizlərin yazılmasına dəstək göstərmək, optimizasiya etmək;
  • Kommunikasiya planlarını, fəaliyyətlərini hazırlamaq və həyata keçirilməsinə dəstək göstərmək;
  • Aidiyyatı struktur şöbələrlə müvafiq kommunikasiya fəaliyyətini təşkil etmək;
  • Nitqləri, rəsmi arayışları yazmaq;
  • Monitorinqlər və hesabatlar üzrə təqdimatlar hazırlamaq;
  • Tədbirləri və ictimaiyyətlə əlaqələr üzrə layihələri təşkil etmək;
  • Süni intellekt və dizayn alətləri ilə işləmək;
  • Korporativ sosial məsuliyyət yönümlü tədbirlərdə təşkilati işlərə dəstək göstərmək;
  • Digər inzibati tapşırıqların icrasını həyata keçirmək;

Tələb olunan bilik və bacarıqlar:

  • Ali təhsil (kommunikasiya, marketinq və ya ictimaiyyətlə əlaqələr sahələri üzrə)
  • Korporativ kommunikasiyalar və ya ictimaiyyətlə əlaqələr sahəsində minimum 3 illik iş təcrübəsi;
  • Effektiv ünsiyyət və təşkilati bacarıqlar;
  • Rəqəmsal kommunikasiya alətləri və platformalarından istifadə;
  • Komanda ilə işləmək, təşəbbüskar olmaq və təşkilatçılıq qabiliyyəti;
  • Tədqiqat və analitik təhlil, və reputasiya idarəçiliyi üzrə biliklər;
  • İşgüzar yazışma qaydalarını bilmək;
  • Azərbaycan dilində əla yazı və şifahi ünsiyyət bacarıqları; ingilis dilində sərbəst ünsiyyət üstünlükdür.

Maraqlanan namizədlər CV-lərini mövzu sətrində vakansiyanın adını qeyd edərək, career@azintelecom.az elektron poçt ünvanına göndərə bilərlər.