İşin təsviri
- Kotlin proqramlaşdırma dili istifadə edərək Android tətbiqlərinin hazırlanması, inkişaf etdirilməsi və dəstəklənməsi
- Jetpack Compose və XML Layout (View System) əsasında istifadəçi interfeyslərinin hazırlanması, mövcud ekranların optimallaşdırılması və UI problemlərinin aradan qaldırılması
- Kotlin Coroutines və Flow istifadə edərək asinxron və reaktiv proseslərin düzgün idarə olunması
- Texniki tapşırıqlara (Jira ticket-lərə) uyğun olaraq funksionallıqların vaxtında və keyfiyyətli şəkildə icrası
- Mövcud kod bazasında refaktorinq aparılması, performans və oxunaqlılığın artırılması
- Kod standartlarına və daxili qaydalara ciddi şəkildə riayət edilməsi
- Unit testlərin yazılması və mövcud testlərin saxlanılması, kodun testlərlə əhatə olunmasına töhfə verilməsi
- GitLab üzərindən branch-lərlə işləmək, merge request-lərin yaradılması və code review proseslərində iştirak
- Komanda üzvlərinin yazdığı kodların review edilməsi, konstruktiv rəy verilməsi və texniki müzakirələrdə iştirak
- Backend və QA komandaları ilə əməkdaşlıq edərək inteqrasiya və test proseslərinin koordinasiyası
- Sprint planlamaları, daily meeting-lər və retrospektivlərdə aktiv iştirak
- Texniki problemlərin analizi və həll yollarının təklif edilməsi
- Tətbiqin stabil işləməsinin təmin olunması və yaranan bug-ların operativ şəkildə aradan qaldırılması
Tələblər
Hard bacarıqlar
- Kotlin proqramlaşdırma dili üzrə praktik təcrübə
- Android SDK və Android Jetpack komponentləri ilə iş təcrübəsi
- Jetpack Compose və XML Layout (View System) ilə UI inkişafı
- Kotlin Coroutines və Flow ilə asinxron proqramlaşdırma
- MVVM və ya Clean Architecture ilə işləmə təcrübəsi
- REST API inteqrasiyası və JSON parsing
- Unit test və UI test yazma təcrübəsi
- Git ilə versiya idarəetməsi (GitLab üstünlükdür)
- Kod keyfiyyəti və performans optimizasiyasına diqqət
Soft bacarıqlar
- Backend, QA və dizayn komandası ilə effektiv əməkdaşlıq, texniki mövzuları aydın şəkildə izah etmə bacarığı
- Üzərinə götürdüyü task-ların sonuna qədər icrası və problemlərə həll yönümlü yanaşma
- Həm başqalarının koduna rəy vermək, həm də öz kodu üçün konstruktiv feedback qəbul etmək bacarığı
- Sprint çərçivəsində prioritetlərin düzgün müəyyən edilməsi və deadline-lara riayət
- Android ekosistemindəki yeni texnologiyaları izləmək və bilikləri davamlı inkişaf etdirmək
Üstünlük sayılan bacarıqlar (Nice to have)
- CI/CD prosesləri ilə tanışlıq (GitLab CI üstünlükdür)
- App Store / Google Play release proseslərində iştirak
- Dependency Injection (Hilt / Dagger)
- Room, DataStore və ya digər local storage texnologiyaları
- Minimum 1 il Android üzrə full-time iş təcrübəsi (2+ arzuolunandır)