İşin təsviri

Swift proqramlaşdırma dili istifadə edərək iOS tətbiqlərinin hazırlanması, inkişaf etdirilməsi və dəstəklənməsi

SwiftUI və UIKit əsasında istifadəçi interfeyslərinin hazırlanması, mövcud ekranların optimallaşdırılması və UI problemlərinin aradan qaldırılması

Combine və Swift Concurrency istifadə edərək asinxron və reaktiv proseslərin düzgün idarə olunması

Texniki tapşırıqlara (Jira ticket-lərinə) uyğun olaraq funksionallıqların vaxtında və keyfiyyətli şəkildə icrası

Mövcud kod bazasında refaktorinq aparılması, performans və oxunaqlılığın artırılması

Kod standartlarına və daxili qaydalara ciddi şəkildə riayət edilməsi

Unit testlərin yazılması və mövcud testlərin saxlanılması, kodun testlərlə əhatə olunmasına töhfə verilməsi

GitLab üzərindən branch-lərlə işləmək, merge request-lərin yaradılması və code review proseslərində iştirak

Komanda üzvlərinin yazdığı kodların review edilməsi, konstruktiv rəy verilməsi və texniki müzakirələrdə iştirak

Backend və QA komandaları ilə əməkdaşlıq edərək inteqrasiya və test proseslərinin koordinasiyası

Sprint planlamaları, daily meeting-lər və retrospektivlərdə aktiv iştirak

Texniki problemlərin analizi və həll yollarının təklif edilməsi

Tətbiqin stabil işləməsinin təmin olunması və yaranan bug-ların operativ şəkildə aradan qaldırılması

Texniki sənədlərin oxunması və lazım gəldikdə daxili texniki dokumentasiyanın hazırlanması

Tələblər

Hard bacarıqlar

  • SwiftUI və UIKit istifadə edərək iOS tətbiqlərinin hazırlanması bilikləri
  • Swift proqramlaşdırma dili üzrə praktik təcrübə
  • Combine framework ilə reaktiv proqramlaşdırma təcrübəsi
  • Swift Concurrency (async/await, Task, Actors) üzrə biliklər
  • Test yazma və test yönümlü inkişaf (TDD anlayışı üstünlükdür)
  • Kod keyfiyyətinə və performansa diqqət

Soft bacarıqlar

  • Komanda daxili ünsiyyət
  • Backend, QA və dizayn komandası ilə effektiv əməkdaşlıq, texniki mövzuları aydın şəkildə izah etmə bacarığı.
  • Məsuliyyət və Ownership
  • Üzərinə götürdüyü task-ların sonuna qədər icrası, yaranan problemlərə həll yönümlü yanaşma.
  • Code Review mədəniyyəti
  • Həm başqalarının koduna rəy vermək, həm də öz kodu üçün konstruktiv feedback qəbul etmək bacarığı.
  • Zamanın idarə olunması
  • Sprint çərçivəsində prioritetlərin düzgün müəyyən edilməsi və deadline-lara riayət.
  • Öyrənməyə açıqlıq
  • Yeni texnologiyaları və iOS ekosistemindəki yenilikləri izləmək, biliklərini davamlı inkişaf etdirmək istəyi.
  • Üstünlük Sayılan Bacarıqlar (Nice to Have)
  • MVVM və ya digər arxitekturalarla iş təcrübəsi
  • CI/CD prosesləri ilə tanışlıq (GitLab CI üstünlükdür)
  • App Store-a tətbiq yükləmə və release proseslərində iştirak
  • Minimum 1 il iOS üzrə full-time iş təcrübəsi. (2+ arzuolunandır)
  • Təhsil – Ali
  • Dil bilikləri:

İngilis dili – yaxşı

Azərbaycan dili – səlis