Operator (ön masa)

Müraciət et
Müraciət et
CV yüklə (doc, docx, pdf)

İşin təsviri

  • Daxil olan müraciətləri qəbul etmək və daxili sistemdə qeydiyyatını aparmaq;
  • Müştərilərdən daxil olan şikayət və sorğuların vaxtında və düzgün cavablandırılması;
  • Telefon zəngləri və e-poçtların peşəkar və nəzakətli şəkildə cavablandırılması və müvafiq şəxslərə yönləndirilməsi;
  • Gündəlik görüşlərin, sənədlərin və qəbul proseslərinin dəqiq və nizamlı şəkildə təşkil olunması;
  • Sənədlərin qəbulu, qeydiyyatı və arxivləşdirilməsi;
  • Gündəlik əməliyyatların icra olunması və müvafiq qeydiyyatın aparılması;
  • Müraciət zamanı şirkətin xidmətləri haqqında ətraflı məlumat vermək;
  • Müştərilər üçün satış əməliyyatlarını tamamlamaq;
  • Rəhbərlik tərəfindən verilən tapşırıqların vaxtında yerinə yetirmək.

Tələb olunan bilik və bacarıqlar:

  • Ali təhsil;
  • Azərbaycan dili və rus dilini – yüksək səviyyədə bilmək (ingilis dili biliyi üstünlükdür);
  • Microsoft Office proqramları üzrə biliklər;
  • Qeyd olunan vəzifə üzrə iş təcrübəsi;
  • Səlis və aydın intonasiya ilə danışıq bacarığı;
  • Müştərilərlə ünsiyyət qurma bacarığı;
  • Komanda ilə işləmə bacarığı;
  • Məsuliyyətli, səbirli, stressə davamlı olmalı;
  • Məxfi məlumatlarla ehtiyatlı davranmaq bacarığı.

Maraqlanan namizədlər CV-lərini mövzu sətrində vakansiyanın adını qeyd edərək, career@azintelecom.az elektron poçt ünvanına göndərə bilərlər.