İşin təsviri
İnsanlarla işləməyi sevən, komandamızı gücləndirəcək, güclü əmək qanunvericilik biliyi olan və HR proseslərinə real dəyər qatacaq Əməkhaqqı və Kadr İnzibatçılığı üzrə İnsan Resursları Mütəxəssisi axtarırıq.
Əsas vəzifə öhdəlikləri:
- İş vaxtının tabel uçotunun aparılması, məzuniyyət, ezamiyyət, xəstəlik vərəqələri və davamiyyət məlumatlarının düzgün işlənməsi
- İşçilərin əməkhaqqı hesablanması, müvafiq dəyişikliklərin sistemə düzgün daxil edilməsi və nəzarətdə saxlanılması
- İşə qəbul, işdən azad olunma, vəzifə və əməkhaqqı dəyişiklikləri üzrə əmrlərin hazırlanması və rəsmiləşdirilməsi
- Əmək qanunvericiliyinə uyğun olaraq kadr sənədlərinin hazırlanması və arxivləşdirilməsi
- Əmək müqavilələri, əlavə razılaşmalar və digər HR sənədlərinin hazırlanması
- Gündəlik HR əməliyyatlarında və digər inzibati məsələlərdə şöbəyə dəstək göstərilməsi
Tələblər:
- İR sahəsində 3–5 il iş təcrübəsi
- Tabel uçotu və kadr əmrlərinin hazırlanması üzrə güclü praktiki bilik
- Azərbaycan Respublikasının Əmək Məcəlləsi və Qanunvericiliyi üzrə biliklər
- İngilis dili – bilməsi üstünlükdür
- MS Excel proqramında yaxşı işləmək bacarığı
- Dəqiqlik, məxfilik və məsuliyyətlilik
- Analitik düşüncə və detallara diqqət
- Güclü ünsiyyət və təşkilati bacarıqlar
CV-nizi mövzu hissəsində Əməkhaqqı və Kadr İnzibatçılığı üzrə İnsan Resursları Mütəxəssisi qeyd etməklə career@azroksan.az elektron poçt ünvanına göndərməyinizi xahiş edirik.
Qeyd: Yalnız ilkin seçim mərhələsindən keçən namizədlərlə əlaqə saxlanılacaq.