İşin təsviri
“Aztelekom” olaraq Azərbaycanın hər nöqtəsində həyatlara toxunur, rəqəmsal gələcəyi inşa edirik. Komandamıza qoşul və bu gələcəyin bir hissəsi ol!
- Şirkətdə Business Continuity Management (BCM) proqramının qurulması və inkişafında iştirak etmək
- Kritik biznes proseslərinin müəyyən edilməsi, Business Impact Analysis (BIA) və risk qiymətləndirmələrinin aparılması
- Business Continuity Plan (BCP) və Disaster Recovery (DR) planlarının hazırlanması, yenilənməsi və sınaqlarının təşkil edilməsi
- Kritik sistem və xidmətlər üçün RTO və RPO göstəricilərinin müəyyən edilməsi məqsədilə İT və digər struktur bölmələrlə əməkdaşlıq etmək
- BCM və DR testləri, tabletop exercise və simulyasiya məşqlərini təşkil etmək və nəticələrini sənədləşdirmək
- Böhran vəziyyətləri üçün kommunikasiya və eskalasiya proseslərinin koordinasiyasında iştirak etmək
- BCM sənədlərinin hazırlanması, yenilənməsi və proqram üzrə rəhbərliyə hesabatların təqdim edilməsi
- ISO 22301 və digər beynəlxalq standartlara uyğunluğun təmin olunmasına dəstək olmaq
- İşçilər üçün biznes davamlılığı mövzusunda maarifləndirici təlimlərin keçirilməsi
Tələblər
- Ali təhsil (informasiya təhlükəsizliyi, risklərin idarə olunması, biznesin idarə olunması və ya uyğun sahə üzrə üstünlük verilir)
- BCM, DRP və ya Risk Management sahəsində minimum 2 il iş təcrübəsi
- Business Impact Analysis (BIA) və risk qiymətləndirmə metodologiyaları üzrə biliklər
- ISO 22301 və ya oxşar beynəlxalq standartlar üzrə biliklər
- Analitik düşüncə və problem həll etmə bacarığı
- Güclü kommunikasiya və təqdimat bacarıqları
- Azərbaycan və ingilis dillərində sərbəst yazı və danışıq bacarığı
Üstünlük verilən sertifikatlar:
- CBCI (Certificate of the Business Continuity Institute)
- CBCP (Certified Business Continuity Professional)
- ISO 22301 Lead Implementer və ya Lead Auditor