İşin təsviri
“Aztelekom” olaraq Azərbaycanın hər nöqtəsində həyatlara toxunur, rəqəmsal gələcəyi inşa edirik. Komandamıza qoşul və bu gələcəyin bir hissəsi ol!
Səni hansı missiya gözləyir?
- Mövcud rabitə kanalları vasitəsilə müştəri müraciətlərini qəbul etmək.
- Mövcud rabitə kanalları vasitəsilə (telefon, elektron poçt, internet və s.) əlaqəli qurumların məhsul və xidmətləri barədə mövcud və potensial müştərilərə məlumat, məsləhət və xidmət dəstəyi təqdim etmək.
- Əlaqəli qurumların əməliyyat rejimi, yerləşdiyi yer, filial və əlavə ofisləri haqqında məlumat vermək.
- Mübahisəli / münaqişəli vəziyyətləri / müştəri məsələlərini yetərincə və düzgün həll etmək.
- Daxil olan müraciətləri daxili emal prosedurlarına əsasən qəbul etmək, emal etmək və çağrıları, elektron ərizələri uyğun olaraq qeydiyyatdan keçirərək müvafiq qurumlara / şöbələrə yönləndirmək;.
- Müraciət edən müştərilərlə nəzakətlə, diqqətlə davranmaq.
- Mövcud dəyərləndirmə meyarlarına uyğun danışığın qurulması.
- Müştəriyə çıxış zənglərinin nəticələrinə əsasən verilənlər bazasında etibarlı və tam məlumatı əlavə etmək.
Tələblər
Səndən gözlədiklərimiz:
- Orta və ya orta ixtisas təhsilli olmalı.
- MS Office programlarını bilməli.
- Azərbaycan və Rus dil biliyi üstünlükdür.
- Növbəli iş qrafiki(axşam və gecə növbəsi daxili olmaqla)
- Yüksək yazı qabliyyətinə və şifahi nitq bacarıqlarına malik olmalı.
- Kollektivdə işləmə bacarığı.
- Məlumat bazaları ilə iş bacarıqları.