İşin təsviri
“Aztelekom” olaraq Azərbaycanın hər nöqtəsində həyatlara toxunur, rəqəmsal gələcəyi inşa edirik. Komandamıza qoşul və bu gələcəyin bir hissəsi ol!
Səni hansı missiya gözləyir?
- Kompüterlər, printer, skaner və digər periferiya qurğuları ilə işləmək
- Şəbəkə və şəbəkə avadanlıqları üzrə ümumi və texniki biliklərin tətbiqi
- Windows əməliyyat sistemlərinin quraşdırılması və sazlanması
- Microsoft Office, Outlook və digər ofis proqramları ilə işləmək
- Sistem və tətbiqi proqramların stabil işləməsinə nəzarət
- İstifadəçilərin texniki problemlərinin diaqnostikası və operativ həlli
- Ofis proqramları üzrə gündəlik texniki dəstəyin göstərilməsi
- Lokal şəbəkə və domen sistemlərində yaranan nasazlıqların aradan qaldırılması
- Domenə qoşulma və istifadəçi hesablarının idarə olunması
- Şəbəkə və texniki infrastrukturun qurulması və idarə edilməsi
- Periferiya qurğularının texniki nasazlıqlarının müəyyən edilməsi və həlli
Tələblər
Səndən gözlədiklərimiz:
- Ali təhsil (İT və ya əlaqəli sahə üzrə)
- İT sahəsində minimum 2 il iş təcrübəsi
- Azərbaycan dili – səlis (Rus və İngilis dilləri arzuolunandır)
- Məsuliyyətli, səbirli və ünsiyyətcil olmaq
- Komanda ilə işləmə bacarığı
- Windows əməliyyat sistemləri və şəbəkə avadanlıqları üzrə praktiki biliklər