Layihə tapşırığı, texniki şərtlər və digər müvafiq sənədlər əsasında kondisioner, istilik və ventilyasiya sistemlərinin layihələrini AzDTN və digər normativ sənədlərə uyğun şəkildə tərtib etmək.
Soyutma, istilik və ventilyasiya sistemləri üzrə texniki hesablamalar aparmaq, uyğun avadanlıqları müəyyənləşdirmək.
Layihələrin konsepsiyası və səmərəliliyi ilə bağlı sifarişçi ilə mütəmadi ünsiyyət qurmaq, hazırlanmış layihələri sifarişçi ilə razılaşdırmaq.
Avadanlıqların spesifikasiyası, qüsur aktı və digər ümumi layihə sənədlərini tərtib etmək.
Layihələrin Fövqəladə Hallar Nazirliyinin ekspertiza idarəsi və digər aidiyyəti dövlət qurumları ilə razılaşdırılması prosesində iştirak etmək.
İstilik, ventilyasiya və su-kanalizasiya sistemlərinin layihələndirilməsi zamanı yerində ölçü işlərində iştirak etmək.
Tələblər
Ali təhsil (Azərbaycan Memarlıq və İnşaat Universitetinin “Mühəndis sistemlərinin və qurğularının tikintisi” fakültəsi üzrə təhsil üstünlükdür).
Müvafiq ixtisas üzrə ən azı 3 illik iş təcrübəsi.
AutoCAD və Microsoft Office proqramlarında sərbəst işləmək bacarığı.