Voice/IMS sistemləri üzrə Baş Mühəndis

İşin təsviri

Təsvir

Biz komandamıza telekommunikasiya şəbəkələrinin dayanıqlığını, performansını və inkişafını təmin edəcək təcrübəli Voice/IMS sistemləri üzrə Baş Mühəndis axtarırıq. Bu rol IMS və səs platformalarının idarə olunması, beynəlxalq səs marşrutlaşdırılması, şəbəkə optimallaşdırılması və kritik insidentlərin idarə olunması istiqamətində strateji və texniki məsuliyyət daşıyır.

  • IMS platformalarının stabil və yüksək performansla işləməsinin təmin edilməsi
  • Şəbəkə performans göstəricilərinin (CDR, ASR, ACD, PDD və s.) monitorinqi və təhlili
  • SIP, SS7 və digər siqnallaşma problemlərinin analizi və aradan qaldırılması
  • Kritik insidentlərin idarə olunması və nasazlıqların operativ həlli
  • Sistem yenilənmələri və yeni texnologiyaların (VoIP, VoLTE və s.) inteqrasiyasında iştirak
  • Beynəlxalq səs marşrutlaşdırılmasının optimallaşdırılması və trafik idarəetməsi
  • Fraud halların aşkarlanması və təhlükəsizlik tədbirlərinin həyata keçirilməsi
  • Şəbəkə əməliyyatlarının avtomatlaşdırılması və monitorinq sistemlərinin inkişaf etdirilməsi
  • Vendor və beynəlxalq operatorlarla texniki koordinasiyanın təmin edilməsi
  • Junior mühəndislərə texniki dəstək və mentorluq göstərilməsi

Tələblər

  • Telekom və ya şəbəkə sahəsində minimum 5 il iş təcrübəsi
  • IMS, Softswitch, SBC və media şlüzləri üzrə biliklər
  • SIP, SS7, SIGTRAN və Diameter protokolları üzrə praktiki təcrübə
  • IP şəbəkələri, Linux/Unix sistemləri və trafik analiz alətləri üzrə biliklər
  • Wireshark və monitorinq alətləri (Zabbix, Grafana və s.) ilə işləmə bacarığı
  • Python, Bash və ya digər skript dilləri üzrə baza biliklər
  • Analitik düşüncə, problem həll etmə və qərarvermə bacarığı
  • Komanda ilə effektiv əməkdaşlıq və yüksək ünsiyyət bacarıqları
  • İngilis və rus dillərində texniki səviyyədə işləmək bacarığı
  • VoLTE, VoWiFi, Cloud Core və beynəlxalq operatorlarla iş təcr