İşin təsviri

Bu gün Azərbaycanın ən böyük şirniyyat mağazaları şəbəkəsi olan “AZZA” QSC şirkəti “Logistika meneceri” vakansiyasını elan edir

Vəzifə öhdəlikləri:

  • Avropa, Şri-Lanka, Rusiya Federasiyası, Belarus Respublikası və Gürcüstandan konsolidə edilmiş (qismən) və tam yüklü (tam konteyner) daşımaların təşkili.
  • Malların təchizatçının anbarından şirkətin anbarına çatdırılması prosesinin tam idarə edilməsi.
  • Daşınma zamanı yaranan məsələlərin operativ həlli;
  • Nəqliyyat və logistika sənədlərinin dəqiqliyini və tamlığını təmin etmək məqsədi ilə onların nəzərdən keçirilməsi, qarşılaşdırılması və əlaqələndirilməsi.
  • Müxtəlif mənbələrdən əldə edilən məlumatların Excel cədvəllərinə daxil edilməsi, həmçinin daxil edilmiş məlumatların və hesablamaların düzgünlüyünün yoxlanılması.
  • Logistika əməliyyatları ilə bağlı maliyyə sənədlərinin nəzərdən keçirilməsində iştirak.
  • Rəqabətli qiymətlər əldə etmək və sərfəli marşrutları müəyyən etmək;

Tələblər:

  • Yaş: 24–35
  • Ali və ya tam orta təhsil.
  • Avropadan LTL (qismən yük) və FTL (tam yük) daşımaları sahəsində ən azı 1,5illik iş təcrübəsi.
  • Azərbaycan və rus dillərini mükəmməl səviyyədə bilmək
  • Microsoft Excel və Word proqramlarını yüksək səviyyədə bilmək
  • Detallara qarşı diqqətlilik, dəqiqlik və güclü təşkilatçılıq bacarıqları.
  • Komandada səmərəli işləmək və eyni anda bir neçə tapşırığı idarə etmək bacarığı

Şirkət təklif edir:

  • Rəsmi qeydiyyat
  • Nahar yeməyi
  • İş yeri Xırdalan

Namizələrdən mövzu yerində Logistika meneceri vakansiyasının adını göstərərək CV-lərini fotoşəkili ilə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur.

Yalnız yuxarıda göstərilən tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqlar.