İşin təsviri
Komandamıza qoşulmaq üçün Avtobus Sürücüsü axtarırıq!
Namizəd müəyyən edilmiş marşrut və hərəkət cədvəlinə uyğun olaraq avtobusu idarə etməli və sərnişinlərin təhlükəsiz daşınmasını təmin etməlidir.
Sizi hansı öhdəliklər gözləyir?
- Avtobusu müəyyən edilmiş marşrut və hərəkət cədvəlinə uyğun təhlükəsiz idarə etməli;
- Sərnişinlərin təhlükəsiz və rahat daşınmasını təmin etməli;
- Yol hərəkəti qaydalarına, əməyin mühafizəsi və texniki təhlükəsizlik tələblərinə riayət etməli;
- Avtobusun texniki vəziyyətinə nəzarət etmək və aşkar olunan nasazlıqlar barədə vaxtında məlumat verməli;
- Xidmət zamanı yaranan fövqəladə və digər hallarda müəyyən edilmiş qaydalara uyğun hərəkət etməli;
- Təsdiq olunmuş vəzifə təlimatına uyğun olaraq gündəlik əmək funksiyasını həyata keçirməli;
- Gərgin və operativ xidmət şəraitində işləmək bacarığı olmalı, təhlükəsizlik prosedurlarına və intizam qaydalarına ciddi riayət etməli, məsuliyyətli olmalı.
Namizədlərdən tələblərimiz
- Yaş həddi: 65 yaşa qədər;
- D kateqoriyalı sürücülük vəsiqəsi olmalı;
- Həqiqi hərbi xidmət keçmiş olmalı;
- Avtobus idarə etmək üzrə iş təcrübəsi üstünlükdür;
- Sərnişinlərlə düzgün ünsiyyət qurmaq bacarığı olmalı.
İş şəraiti
- Əmək haqqı: 1350 AZN (Gross);
- İş rejimi: növbəli;
- İş yeri: Bakı şəhəri;
- Müəssisədəki iş stajına uyğun olaraq əmək haqqına əlavələr;
- Geyim forması ilə təminat;
- Servis xidməti;
- Stabil və etibarlı iş mühiti.
Sizə nə təklif edilir?
- Bilgəh Sağlamlıq Mərkəzi və əməkdaşlıq etdiyimiz sanatoriyalarda güzəştli istirahət imkanı;
- Psixoloji dəstək xidməti.
Vakansiyaya müraciət etmək üçün hr.metro.gov.az portalında qeydiyyatdan keçərək müvafiq vakansiya linki ilə https://hr.metro.gov.az/vacancy/5660 müraciətinizi tamamlaya bilərsiniz.
Uğurlar!