İşin təsviri
İş yeri: Bakı şəhəri
Vəzifə öhdəlikləri:
- Tikinti layihələrinin texniki sənədlərinin (işçi layihə, eskiz, smeta və s.) təhlili və uyğunluğunun yoxlanılması.
- Tikinti və yenidənqurma işlərinin layihəyə, tikinti norma və qaydalarına uyğun aparılmasına nəzarət etmək.
- Tikinti sahəsində işin gedişatına texniki nəzarətin həyata keçirilməsi və uyğunsuzluqların aradan qaldırılması üçün tədbirlər görmək.
- Texniki hesabatlar, aktlar və görülmüş işlərə dair qrafiklərin hazırlanması.
- Tikinti materiallarının keyfiyyətinə və düzgün istifadəsinə nəzarət etmək.
- Podratçı və subpodratçıların fəaliyyətini izləmək və texniki baxımdan qiymətləndirmək.
- Tikinti sahəsində təhlükəsizlik qaydalarına və müvafiq qanunvericiliyə riayət olunmasının təmin edilməsi.
- Layihələrin vaxtında və keyfiyyətlə təhvil verilməsi üçün mühəndis dəstəyi göstərmək.
- Təhlükəsizlik texnikası və əməyin mühafizəsi qaydalarına tam şəkildə riayət etmək.
Vəzifə tələbləri:
- Ali texniki təhsil (Sənaye və mülki tikinti, inşaat mühəndisliyi və ya əlaqəli sahələr üzrə).
- Tikinti sahəsində ən azı 3 il mühəndis və ya texniki nəzarətçi vəzifəsində iş təcrübəsi.
- Tikinti norma və qaydaları üzrə biliklər.
- Tikinti proseslərinin texnologiyası və ardıcıllığı barədə məlumatlılıq.
- Layihə sənədləri ilə işləmə bacarığı (çertyojlar, smetalar və s.).
- AutoCAD, MS Project, Excel və digər müvafiq proqram təminatlarında sərbəst işləmə bacarığı.
- İşə texniki nəzarət üzrə aktlaşdırma və hesabatların hazırlanması.
- Texniki sənədlərlə işləmək bacarığı.
- Yüksək məsuliyyət və dəqiqlik.
- Problemləri analiz edib operativ həll etmək bacarığı.
- Komandada işləmək və nəticəyönümlü olmaq.
İş şəraiti:
- İş vaxtı: 5 günlük iş həftəsinə uyğun;
- İş saatı: 09:00 – 18:00;
- Peşəkar,mehriban komandada iş;
- Əmək qanunvericiliyinə uyğun rəsmiləşdirilmə;
- Əmək haqqı müsahibə əsasında müəyyən ediləcək;
Göstərilən tələblərə uyğun namizədlər öz CV-lərini “CV@bakubus.az” elektron poçt ünvanına göndərə bilərlər. Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində göstərməyiniz xahiş olunur.