İşin təsviri

İş yeri: Bakı şəhəri

Vəzifə öhdəlikləri:

  • Tikinti və təmir layihələrinin iş həcmini təhlil etmək, layihə planları hazırlamaq və yeniləmək.
  • Gantt qrafikləri, resurs planlaması və layihə müddətinə dair ətraflı planlar tərtib etmək.
  • Podratçılarla, tədarükçülərlə və daxili texniki qruplarla koordinasiyalı işləmək.
  • Layihə mərhələlərinin vaxtında və büdcəyə uyğun icra olunmasına nəzarət etmək.
  • Risklərin qiymətləndirilməsi və idarəedilməsi üzrə tədbirlər planı hazırlamaq.
  • Aylıq və mərhələli layihə hesabatları hazırlamaq və rəhbərliyə təqdim etmək.
  • Müvafiq normativ sənədlərlə uyğunluğun təmin edilməsi.
  • Təhlükəsizlik texnikası və əməyin mühafizəsi qaydalarına tam şəkildə riayət etmək.

Vəzifə tələbləri:

  • Ali texniki təhsil (inşaat mühəndisliyi, sənaye və mülki tikinti, layihə menecmenti və s. sahələr üzrə).
  • Tikinti və təmir layihələrinin planlaşdırılması sahəsində minimum 3 il iş təcrübəsi.
  • Tikinti-quraşdırma və təmir layihələrinin planlaşdırma və idarəetmə prinsiplərini bilməlidir.
  • Layihə idarəetmə metodologiyaları barədə biliklər.
  • MS Project, AutoCAD, Primavera P6, Excel və digər müvafiq proqram təminatlarında işləmə bacarığı.
  • Tikinti sahəsi üzrə normativ-hüquqi sənədlərlə işləmək bacarığı.
  • Analitik düşüncə, detallara diqqət, planlama və təşkilatçılıq bacarığı.
  • Yüksək məsuliyyət və vaxtın idarə olunması bacarığı.
  • Gərgin iş rejimində və komanda ilə işləmə bacarığı
  • Tikinti sahəsində dövlət və ya iri infrastruktur layihələrində iştirak təcrübəsi.

İş şəraiti:

  • İs yeri: Bakı şəhəri;
  • İş vaxtı: 5 günlük iş həftəsinə uyğun;
  • İş saatı: 09:00 – 18:00
  • Peşəkar,mehriban komandada iş;
  • Əmək qanunvericiliyinə uyğun rəsmiləşdirilmə;
  • Əmək haqqı müsahibə əsasında müəyyən ediləcək;

Göstərilən tələblərə uyğun namizədlər öz CV-lərini “CV@bakubus.az” elektron ünvanına göndərə bilərlər. Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində göstərməyiniz xahiş olunur.