İşin təsviri
- Bütün proseslərin aparıcı mütəxəssisi – şirkət xarici və daxili əlaqələr, layihələrin yönləndiricisi, stakeholderlərlə əlaqə, outsource işçilərimiz ilə də kommunikasiya (tik tokerlər, influencerlər, creative komandalar, digital dəstək).
Əsas öhdəliklər:
- Marketinq və kontent komandasının layihələrini brifdən təslimə qədər aparmaq.
- Kreativ komanda üçün marketinq tələblərinə əsasən brif hazırlamaq, kreativi qiymətləndirmək.
- Layihələrin vaxtında və yüksək keyfiyyətlə həyata keçirilməsini təmin etmək.
- Layihələr üzrə irəliləyişləri izləmək, hesabat hazırlamaq və nəticələri təqdim etmək.
- Qrupların start tarixləri ilə reklam kampaniyalarının uyğunlaşdırılması.
- Birbaşa rəhbərin ötürdüyü strateji layihələri operativ səviyyədə icra etmək.
- Creative, PR, KİV-media kimi sahələrdə təşəbbüskar olub təkliflər vermək.
Namizədə dair tələblər:
- Marketinq və layihə idarəetməsində 4–5 il təcrübə, üstünlük: B2C məhsul (EdTech, fintech, e-commerce, sığorta, telco) və ya güclü marketing agentliyi.
- Layihələri brifdən nəticəyə qədər müstəqil aparma təcrübəsi: deadline, büdcə, komanda koordinasiyası.
- Data ilə rahat işləmə: dashboard-ları oxumaq, Excel/Google Sheets, rəqəmlərə düzgün suallar verə bilmək.
- Kreativ komandanı koordinasiya etmək və kreativi konkret meyarlarla qiymətləndirmək bacarığı.
- Performance marketing barədə əsas anlayış: CPL, CPM, CTR, CR, ROAS — bunların nə olduğunu və bir-birinə necə bağlandığını başa düşmək. Kampaniya qurmaq tələb olunmur, amma podratçının hesabatını oxuya bilmək — bəli.
- Satış funnelinin məntiqini başa düşmək: reklam → lead → satış mərhələlərində nəyin haraya təsir etdiyini görmək.
- Əsas keyfiyyətlər: dataya əsaslanan düşüncə, sürət, müstəqillik, problem həlletmə vərdişi, öyrənmə həvəsi. Yüksək dinamikada və dəyişən prioritetlər mühitində işləmək bacarığı. Sosial, aktiv, yumşaq bacarıqları, xüsusilə kommunikasiya bacarıqları.
- Azərbaycan dili — sərbəst. Rus və/və ya İngilis — texniki resurslar üçün vacibdir.
Biz nə təklif edirik?
- Şəhərin mərkəzində müasir ofis və kreativ mühit.
- Sistemli iş prosesi və peşəkar inkişaf imkanı.
- Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun rəsmiləşdirilmə.
- Rəqabətədavamlı əmək haqqı və bonus sistemi.
- Aydın karyera yolu: 2–3 il ərzində Rəhbər pozisiyasına hazırlıq və keçid imkanı.
Müraciət qaydası:
- Maraqlanan namizədlər CV-ni və 1–2 idarə etdiyi layihənin qısa təsvirini (sənin konkret rolun, hansı rəqəmlərə təsir etdin, nəticə) → “Marketing PM | Ad Soyad “ qeyd etməklə hr@bda.edu.az elektron poçt ünvanına göndərmələri xahiş olunur.
Qeyd: Uyğun namizədlərlə 7 iş günü ərzində əlaqə saxlanılacaqdır.