İşin təsviri
Baku Holiday Travel şirkəti “Viza satışı üzrə mütəxəssis” vəzifəsi üzrə vakansiya elan edir. Turizm sahəsində inkişaf edən komandamıza qoşulmaq üçün təcrübəli və motivasiyalı Viza satışı üzrə mütəxəssis axtarırıq.
Namizədə tələblər
- Azərbaycan, Rus və İngilis dillərini yüksək səviyyədə bilmək;
- Sahə üzrə ən az 1 il iş təcrübəsi;
- Yüksək yazılı və şifahi ünsiyyətqurma bacarığı;
- Mükəmməl ünsiyyət və müştəri xidməti bacarıqları;
- Problem həll etmə bacarığı;
- Komanda ilə işləmək bacarığı və müstəqil olaraq tapşırıqları yerinə yetirmək bacarığı;
- Məlumatların dəqiq və vaxtında emal olunması bacarığı;
- Coğrafi biliklərinin yaxşı olması.
Vəzifə öhdəlikləri
- Müştərilərdən gələn sorğulara uyğun olaraq viza xidmətlərinin göstərilməsi;
- Viza anketlərinin tam doldurulması və səyahət sığortaların yazılması;
- Viza xidmətləri üçün təkliflərin hazırlanması;
- Səfirlik və Konsulluqlarla email, telefon vasitəsilə əlaqələrin qurulması, məlumatların dəqiqləşdirilməsi,viza datalarının toplanması və yoxlanması;
- Şengen, Avropa, Asiya, Amerika istiqamətlərinə viza dəstəyinin göstərilməsi.
İş şəraiti
- İş qrafiki: Həftədə 5 iş günü + şənbə qısa və növbəli gün;
- İş saatı: 09:00 – 18:00 ; 10:00 – 19:00
- Əmək haqqı: Namizədin bilik və bacarıqlarına əsasən təyin olunacaq;
- Peşəkar və inkişaf yönümlü iş mühiti;
- Turizm sahəsində karyera inkişaf imkanı.
Müraciət qaydası
Tələblərə uyğun namizədlər mövzu hissəsində “Viza satışı üzrə mütəxəssis” qeyd etməklə CV-lərini hr@bht.az e-mail ünvanına göndərə bilərlər.
Yalnız ilkin seçim mərhələsindən keçən namizədlərlə əlaqə saxlanılacaq.