İşin təsviri

  • Mülki, əmək, korporativ və inzibati hüquq sahələri üzrə qanunvericiliyi yüksək səviyyədə bilmək və tətbiq etmək;
  • Cəmiyyətin hüquqi maraqlarını qorumaq məqsədilə hüquqi sənədləri hazırlamaq, onların qanunvericiliyə uyğunluğunu yoxlamaq və rəsmiləşdirmək;
  • Müqavilələrin hüquqi ekspertizasını həyata keçirmək, qanunvericiliyə uyğunluğunu qiymətləndirərək rəy vermək;
  • Rəhbərlik və digər struktur bölmələr tərəfindən daxil olan hüquqi sorğuları cavablandırmaq və məsləhətlər vermək;
  • Daxili normativ sənədlərin (qayda, təlimat, prosedur və s.) hazırlanmasında iştirak etmək;
  • Hüquqi fəaliyyətlə bağlı gördüyü işlər üzrə mütəmadi hesabatlar hazırlayaraq rəhbərliyə təqdim etmək;
  • Cəmiyyətin fəaliyyətində gələcəkdə yarana biləcək hüquqi risklərin müəyyən edilməsi və qarşısının alınması ilə bağlı təkliflər hazırlamaq;
  • Zərurət olduqda Cəmiyyətin dövlət orqanlarında, məhkəmələrdə, notariat və digər icra qurumlarında hüquqi təmsilçiliyinin həyata keçirilməsi.

Vəzifə tələbləri:

  • Ali təhsil (Hüquqşünas);
  • 35 – 50 yaş arası namizədlər;
  • Müvafiq sahə üzrə 5 il iş təcrübəsi;
  • Dil bilikləri: Azərbaycan dili mükəmməl, Rus və ingilis dili arzuolunandır;
  • MS Office proqramları ilə sərbəst işləmək bacarığı;
  • Analitik düşünmə və təhlil etmə bacarığı;
  • E-taxes.gov.az, e-mehkeme.gov.az, e-qanun.az portallarından istifadə etmək bacarığı;
  • Hüquqi sənədlərin sistemləşdirilməsi, aparılması və uçotu qaydalarını bilməsi.
  • Yüksək yazılı və şifahi ifadə bacarığı;
  • Hüquqi aspektlərlə bağlı problemləri müəyyən etmək və mümkün həll yollarını tapmaq bacarığı;
  • Peşəkar yanaşma və nəticəyönümlü fəaliyyət;
  • Müstəqil və komanda ilə işləmə bacarığı;

  İş şəraiti:

  • İs yeri:  Gəncə şəhəri;
  • İş günləri: 5 gün;
  • İş vaxtı:  09.00-18.00;
  • Peşəkar,mehriban komandada iş;
  • Karyera yüksəlişi üçün perspektiv;
  • Əmək qanunvericiliyinə uyğun rəsmiləşdirilmə;
  • Əmək haqqı müsahibə əsasında müəyyən ediləcək;

Göstərilən tələblərə uyğun namizədlər öz CV və digər PDF sənədləri “CV@bakubus.az” elektron ünvanına göndərə bilərlər. Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində göstərməyiniz xahiş olunur.