İşin təsviri

  • İşçilərin əməkhaqqı, ezamiyyə, məzuniyyət, əmək qabliyyətinin olmamaması vərəqələri və digər ödənişlərinin hesablanmasını təmin etmək;
  • Əməkhaqqı üzrə bütün əməliyyatların düzgün və vaxtında icra edilməsini təmin etmək;
  • Gəlir vergisi, DSMF, işsizlik və icbari tibbi sığorta haqlarının düzgün hesablanmasını və müvafiq qurumlara təqdim edilməsini həyata keçirmək;
  • Ayın sonunda əməkhaqqı üzrə hesabatlar hazırlamaq və rəhbərliyə təqdim etmək;
  • Elektron hökumət portalı və digər müvafiq sistemlərlə işləmək;
  • Əməkhaqqı üzrə yoxlamalar zamanı tələb olunan sənədləri hazırlamaq və təqdim etmək;
  • Əməkhaqqı üzrə yaranmış sualları və şikayətləri araşdırmaq, vaxtında cavablandırmaq;
  • Qüvvədə olan Əmək Məcəlləsi və digər normativ sənədlər üzrə əməkhaqqı siyasətinin tətbiqini təmin etmək;
  • Vahid illik və rüblük hesabatların hazırlanması;
  • Əmək haqqı üzrə statistik hesabatların hazırlanması;
  • Maliyyə və İnsan Resursları komandası ilə sıx əməkdaşlıqda işləmək.

Vəzifə tələbləri:

  İş şəraiti:

  • İş yeri: Gəncə şəhəri;
  • İş günləri: 5 gün
  • İş vaxtı: 09:00 – 18:00
  • Rəsmi əmək müqaviləsi və tam sosial təminat
  • Mehriban və peşəkar komanda ilə çalışma imkanı
  • Karyera yüksəlişi və peşəkar inkişaf üçün şərait
  • Əmək haqqı müsahibə əsasında müəyyən olunacaq

Göstərilən tələblərə uyğun namizədlər öz CV və digər PDF sənədləri “CV@bakubus.az” elektron ünvanına göndərə bilərlər. Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində göstərməyiniz xahiş olunur.