Mağaza meneceri

Müraciət et
Müraciət et
CV yüklə (doc, docx, pdf)

İşin təsviri

İşin təsviri Digər iş elanları

Vəzifənin məqsədi

  • Şirkətin dəniz məhsullarının müştərilərə vaxtında, təhlükəsiz və keyfiyyət tələblərinə uyğun şəkildə çatdırılmasını təmin etmək.
  • Daşınma zamanı məhsulların temperatur rejiminin və gigiyenik normaların qorunmasına nəzarət etmək.

Vəzifə öhdəlikləri

  • Mağazanın gündəlik əməliyyat fəaliyyətini planlaşdırmaq, təşkil etmək və nəzarətdə saxlamaq.
  • Təyin olunmuş aylıq və illik satış planlarının icrasını təmin etmək.
  • Satış göstəricilərini mütəmadi analiz etmək və nəticələrə uyğun tədbirlər görmək.
  • Mağaza heyətinin iş qrafikini tərtib etmək və iş bölgüsünü həyata keçirmək.
  • İşçilərin fəaliyyətinə nəzarət etmək, performansını qiymətləndirmək və inkişaf planı hazırlamaq.
  • Yeni əməkdaşların işə qəbulu prosesində iştirak etmək və adaptasiya mərhələsini təşkil etmək.
  • Müştəri məmnuniyyətini təmin etmək, şikayət və təklifləri operativ və effektiv şəkildə həll etmək.
  • Vitrinlərdəki məhsulların istifadə müddətinə mütəmadi nəzarət etmək və vaxtı keçmiş malları stokdan çıxartmaq
  • Kassa əməliyyatlarına və pul vəsaitlərinin düzgün uçotuna nəzarət etmək.
  • Mal qəbulu, stok səviyyəsi və inventarizasiyaya nəzarət etmək.
  • Mağazada məhsulların düzgün yerləşdirilməsini və vizual standartlara uyğunluğunu təmin etmək.
  • Mağazanın təmizlik, nizam-intizam və təhlükəsizlik qaydalarına əməl olunmasına nəzarət etmək.
  • Gündəlik, həftəlik və aylıq hesabatları hazırlamaq və rəhbərliyə təqdim etmək.
  • Kampaniya və aksiyaların mağaza daxilində düzgün icrasını təmin etmək.
  • Zəruri hallarda problemli situasiyalarda operativ qərarlar qəbul etmək.
  • Şirkətin daxili siyasət və prosedurlarına riayət olunmasını təmin etmək.
  • Rəhbərlik tərəfindən verilən digər tapşırıqları yerinə yetirmək.

Tələblər:

  • Azərbaycan və rus dilində səlis danışıq bacarığı
  • İdarəetmə bacarığı
  • Ünsiyyət və problem həll etmə bacarığı
  • Stressə davamlılıq və komandada işləmək bacarığı

İş şəraiti:

  • Əmək qanunvericiliyinə uyğun rəsmiləşmə
  • Karyera inkişaf imkanı
  • Mehriban və peşəkar komanda

Maraqlanan namizədlər CV-lərini careers@balique.az elektron poçt ünvanına göndərə bilərlər. Mövzu hissəsində “Mağaza meneceri” qeyd olunmalıdır.