1 saylı Mikrokreditlər bölməsinin rəsmiləşdirmə üzrə kiçik eksperti

İşin təsviri

– Mikrokreditlərin şərtləri barədə məlumat almaq üçün ərizəçi filiala müraciət edən zaman kredit eksperti filialda olmadığı halda kredit məhsulunun şərtləri barədə məlumat verir;
– Ərizəçilər haqqında ilkin məlumatları toplayır və bu məlumatları kredit ekspertlərinə ötürür;
– XQKK/XQKKK və Anderraytinq şöbəsi kredit verilməsi ilə bağlı müsbət qərar əldə etmiş ərizəçilərə bu barədə məlumat verir;
– Kreditin verilməsi ilə bağlı müsbət qərar verilmiş işlərin sənədləşməsi üçün müvafiq sənədləri, aktları və müqavilələri hazırlayır, həmçinin XQKK/XQKKK və Anderraytinq şöbəsinin qərarındə göstərilən digər tələblərin icra edilməsinə bilavasitə nəzarət edir;
– Kredit şərtləri, müqavilələr və müştəri/zaminlərin öhdəlikləri barədə onlara məlumat verir;
– Hazırlanmış sənədləri, müqavilələri, aktları müştərilərə, zaminlərə və girovqoyanlara imzaladır;
– Hazırlanmış sənədlərin düzgünlüyünü yoxlamaq və bankın əməliyyat proqramına işlənməsi üçün əməliyyat bölməsinin əməkdaşına təqdim edir;
– Müştəri, zamin və girovqoyan müqavilələri imzaladıqdan sonra filial direktorunun/filial direktorunun mikrokreditlər üzrə müavininin və ya bölmə rəhbərinin imzasına təqdim edir;
– Tələb edilən girovun aktlaşdırılması/sənədləşdirilməsi ilə bağlı lazımı addımları atır;
– Bankın saxlancında olan girovun dəyişdirilməsini bankdaxili qaydalara əsasən həyata keçirir;
– Bankın daxili qaydalara və işguzar adətlərə əsasən öz vəzifələrini məsuliyyətlə yerinə yetirir, əmək intizamına, davamiyyətə və geyim qaydalarına riayət edir;
– Filialın Mikrokreditlər bölməsinin əməkdaşlarını Iştirak etdiyi təlimlərdə əldə etdiyi zəruri bilgiləri məlumatlandırır;
– Filial direktorunun Mikrokreditlər üzrə müavini/Mikrokreditlər üzrə bölmə rəhbəri olmadıqda filialın Mikrokreditlər bölməsi ilə bağlı daxil olan sorğu və hesabatların vaxtında icra edilməsini təmin edir, Filial direktorunun və Mikrokreditlər Departamentinin sorğularına əsasən müəyyən hesabatlar hazırlayır;
– İmzalanmış iltizama əsasən bank və kommersiya sirrinin qorunmasına əməl edir;
– Kredit dosyesinin səliqəli yığır və arxivləşdirir;
– Girovun azad edilməsi ilə bağlı sənədləri hazırlayır;
– Mərkəzi kredit reyestrində ərizəçilərin yoxlanılmasının bankdaxili prosedurlara əsasən həyata keçiririr;
– Mikrokreditlər bölməsinə cəlb edilən təcrübəçilərin hazırlanmasında, onların praktika müddətində nəzəri və praktiki biliklərinin artırılmasında bilavasitə iştirak edir;
– Əmək müqaviləsi, Bankın Nizamnaməsi, idarəetmə orqanlarının və/və ya departamentin (filialın) əsasnaməsi, habelə fəaliyyətinə dair digər bankdaxili korporativ aktların müvafiq göstərişlərindən irəli gələn başqa funksiyaları icra edir.
– Bilavasitə rəhbəri, sahə rəhbəri və İdarə Heyətinin sədri tərəfindən verilən, Müşahidə Şurası və bankdaxili komitələrin qəbul etdiyi qərarlardan, əmək müqaviləsindən, Bankın Nizamnaməsi, idarəetmə orqanlarının və/və ya departamentin (filialın) əsasnaməsi və fəaliyyətinə dair bankdaxili korporativ aktlardan irəli gələn tapşırıq və sərəncamları qeyd-şərtsiz yerinə yetirir.

Yumşaq bacarıqlar

Digər şərtlər

 Vəzifələrini həyata keçirən zaman ortaya çıxan vacib məsələlər barədə subordinasiya qaydalarına uyğun olaraq bilavasitə rəhbərinə müraciət edir və məsələlərin həlli istiqamətində onunla əməkdaşlıq edir.
 Əmək fəaliyyəti prosesində Bankın struktur bölmələrinin cari iş ahənginin pozulmasına və komandadaxili münasibətlərin pisləşməsinə təsir göstərən hərəkətlərə yol verməməlidir.