2 saylı Mikrokreditlər bölməsinin aparıcı eksperti

İşin təsviri

– Bankın potensial müştərilərini mikrokreditlər proqramına cəlb etmək məqsədilə birbaşa marketinqi həyata keçirir;
– Mikrokredit almaq üçün müraciət edən şəxslərə kredit məhsulunun şərtləri barədə məlumat verir;
– Ərizəçilər haqqında ilkin məlumatları toplayır;
– Toplanmış məlumatları təhlil edir və mümkün olan vasitələrlə yoxlayır;
– Ərizəçinin biznesinin maliyyə təhlilini həyata keçirir, mənfəət və zərər hesabatı nəticəsində aylıq ödəniş qabiliyyətini dəqiq müəyyən edir;
– Ərizəçinin fəaliyyəti ilə bağlı və ödəniş qabiliyyətinə təsir edən digər riskləri müəyyən edir;
– Analitik formulyar tərtib edir və doldurur. Ərizəçinin fəaliyyəti ilə bağlı olan bütün zərüri sənədlərin əslini və ya surətini formulyara əlavə edir;
– Kreditin verilməsi ilə bağlı təklif hazırlayır , kredit işini Xidmət qurumunun kredit komitısinə/Xidmət qurumunun kiçik kredit komitəsinə(bundan sonra”XQKK/XQKKK”) və Anderraytinq şöbəsinə təqdim edir;
– XQKK/XQKKK-də iştirak edir;
– XQKK/XQKKK-də təsdiq edilmiş kreditin verilməsi şərtlərinin yerinə yetirilməsinə nəzarət edir, iş sıxlığını nəzərə alaraq lazım gəldikdə kreditləri özü sənədləşdirir;
– İdarə etdiyi və ya ona təhkim edilmiş kredit portfelinin artımına və keyfiyyətinə nəzarət edir;
– İş təcrübəsinə əsasən Bank tərəfindən müəyyən olunmuş hədəfləri yerinə yetirir;
– Bankdaxili qaydalara əsasən mütəmadi olaraq borclunun biznesinin monitorinqini həyata keçirir.
– Bankın daxili qaydalara və işguzar adətlərə əsasən öz vəzifələrini məsuliyyətlə yerinə yetirir, əmək intizamına, davamiyyətə və geyim qaydalarına riayət edir;
– Bankın daxili qaydalarına əsasən, problemli kreditləri təqib edir, müştərilər və zaminlərlə görüşlər keçirir;
– Filialın Mikrokreditlər bölməsinin əməkdaşlarını Iştirak etdiyi təlimlərdə əldə etdiyi zəruri bilgiləri məlumatlandırır;
– Bank tərəfinfən verilmiş etibarnaməyə əsasən müəyyən edilmiş səlahiyyətlər çərçivəsində Bankı Dövlət orqanları qarşında təmsil edir;
– İmzalanmış iltizama əsasən bank və kommersiya sirrinin qorunmasına əməl edir;
– Mərkəzi kredit reyestrində ərizəçilərin yoxlanılmasının bankdaxili prosedurlara əsasən həyata keçiririr;
– Mikrokreditlər bölməsinə cəlb edilən təcrübəçilərin hazırlanmasında, onların praktika müddətində nəzəri və praktiki biliklərinin artırılmasında bilavasitə iştirak edir;
– Əmək müqaviləsi, Bankın Nizamnaməsi, idarəetmə orqanlarının və/və ya departamentin (filialın) əsasnaməsi, habelə fəaliyyətinə dair digər bankdaxili korporativ aktların müvafiq göstərişlərindən irəli gələn başqa funksiyaları icra edir.
– Bilavasitə rəhbəri, sahə rəhbəri və İdarə Heyətinin sədri tərəfindən verilən, Müşahidə Şurası və bankdaxili komitələrin qəbul etdiyi qərarlardan, əmək müqaviləsindən, Bankın Nizamnaməsi, idarəetmə orqanlarının və/və ya departamentin (filialın) əsasnaməsi və fəaliyyətinə dair bankdaxili korporativ aktlardan irəli gələn tapşırıq və sərəncamları qeyd-şərtsiz yerinə yetirir.

Yumşaq bacarıqlar

Digər şərtlər

 Vəzifələrini həyata keçirən zaman ortaya çıxan vacib məsələlər barədə subordinasiya qaydalarına uyğun olaraq bilavasitə rəhbərinə müraciət edir və məsələlərin həlli istiqamətində onunla əməkdaşlıq edir.
 Əmək fəaliyyəti prosesində Bankın struktur bölmələrinin cari iş ahənginin pozulmasına və komandadaxili münasibətlərin pisləşməsinə təsir göstərən hərəkətlərə yol verməməlidir.