Bank proseslərinin analitika bölməsinin eksperti

İşin təsviri

-Müştəri məlumatları, ödənişlər, konvertasiya və digər qeyri- bank sistemləri (Qmatic, Grafana, Jira , SAS və s.) üzrə daxil olan biznes tələblərinin toplanması, analiz edilməsi və texniki komandaya ötürülməsi;
-Funksional və texniki sənədlərin hazırlanması, o cümlədən BRD, FSD, Use Case və proses xəritələrinin tərtibi;
-İstifadəçi tələblərinin strukturlaşdırılması və onların prioritetləşdirilməsi üçün biznes sahibləri ilə sıx əməkdaşlıq;
-İnkişaf (development) və test komandaları ilə koordinasiyanın qurulması, texniki tapşırıqların aydın şəkildə ötürülməsi;
-İstifadəçi qəbul testlərinin (UAT) təşkili, ilkin yoxlamaların (sanity check) aparılması və nəticələrin təhlili;
-Yeni sistem funksionallıqlarının təqdimatı, istifadəçi təlimlərinin təşkili və istifadəçilərə dəstəyin göstərilməsi;
-Change request-lərin, sistem yeniləmələrinin və versiya dəyişikliklərinin izlənməsi və sənədləşdirilməsi;
-Əlaqəli sistemlərin inteqrasiyası və məlumat axınlarının texniki və funksional baxımdan izlənməsi və dəstəklənməsi.

Yumşaq bacarıqlar

  • Məsuliyyət
  • Biznes yönümlülük
  • Analitik düşünmə qabiliyyəti
  • Aktivlik (enerji, cəldlilik)

Texniki səriştəliklər

  • Ali təhsil (İnformasiya Texnologiyaları, Biznesin İdarə Olunması, İqtisadiyyat və ya əlaqəli sahələr), texniki təhsilə üstünlük verilir.
  • Minimum 1–3 il uyğun iş təcrübəsi və ya bankda həmin sahə üzrə ekspert vəzifəsində iş təcrübəsi
  • Proqram təminatının hazırlanması nəzəriyyəsinə bələdlik.
  • SQL və verilənlər bazası ilə işləmə bacarığı (Oracle üstünlükdür).
  • İT layihələrinin idarə olunması alətləri ilə iş təcrübəsi (Jira, Confluence, Visio, Draw.io və s.).

Dil biliyi

  • Azərbaycan – Mükəmməl
  • İngilis – Orta