Bazar əməliyyatları şöbəsinin eksperti

İşin təsviri

Yerli və xarici qiymətli kağızlar və pul bazarları üzrə təhlilin aparılması, əlverişli investisiya imkanlarının müəyyən edilməsi;
Daxili qayda, siyasət və prosedurlara uyğun olaraq investisiya portfelinin idarə edilməsi;
İlkin və təkrar bazarda əqdlərin icrası üçün broker və kontragentlərlə danışıqların aparılması;
Bankın likvidlik proqnozunun hazırlanması, likvidliyin requlyator və daxili qaydalara uyğun olaraq effektiv idarə edilməsi;
Xəzinədarlıq departamentinin fəaliyyəti üzrə dövri və xüsusi məqsədli (ad hoc) hesabatların və təqdimatların hazırlanması, təhlilllərin aparılması;
Xəzinədarlıqla bağlı qabaqcıl təcrübənin öyrənilməsi və tətbiqi məqsədilə araşdırmaların aparılması.

Yumşaq bacarıqlar

  • Nəticəyə yönümlülük
  • Təşəbbüskarlıq
  • Detallara diqqət

Digər şərtlər

Maliyyə, mühasibat uçotu və ümumi iqtisadiyyat üzrə ali təhsil;
Azərbaycan və ingilis dilləri biliyi;
MS Office proqramları ( xüsusilə MS Excel və MS Power Point) biliyi;
Makroiqtisadi konseptlər və maliyyə bazarları üzrə biliklər;
Təhlil bacarığı və detallara diqqətlilik;
Komanda işi, təşəbbüskarlıq, effektiv ünsiyyət bacarıqları.

Dil biliyi

  • İngilis – Orta

Kompüter biliyi

  • ms office – Orta