İşin təsviri
Vəzifə funksiyaları
-Manatda və xarici valyutada nağd pul vəsaitlərinin, çek kitabçalarının, yol çeklərinin habelə digər qiymətlilərin və ciddi hesabat blanklarının qəbul edilməsi, verilməsi, saxlanması və qorunması üzrə əməliyyatları həyata keçirir;
– Müştəri Xidmətləri Departamentinə/Filiala bağlı bankomatların və ödəniş aparatlarının inkassasiyasını həyata keçirilir;
– Mübadilə məntəqəsi üzrə xarici valyutanın alqı-satqısını qaydalara uyğun şəkildə həyata keçirir;
– Mədaxil və məxaric sənədlərinin, yol çeklərinin, plastik kartların digər qiymətlilərin təhvil-təslimi ilə bağlı aktların, həmçinin pul çeklərinin yoxlanılmasını həyata keçirir.
– Kassa kitabının, xarici valyutanın alqı-satqısına dair reyestr kitabının, mədaxil və məxaric üzrə kassa jurnalının lazımi məlumatların oxunaqlı formada qeyd edilməklə aparılmasını həyata keçirir. Əməliyyatları Bankın əməliyyat proqramında əks etdirir.
– İş gününün sonunda əməliyyat günü ərzində qəbul edilmiş pul vəsaitlərini kassanın rəhbərinə təhvil verir.
– Kassa bölməsinin fəaliyyətində mövcud olan nöqsanların aradan qaldırılması variantlarını birbaşa rəhbərin nəzərinə çatdırır.
– Bütün növ plastik kartların saxlanması, kassaya mədaxil olan, kassadan məxaric olan və saxlanılan kartların uçotunu aparır.
– Mədaxil və Məxaric sənədlərinin, kassa hesabatları sənədlərinin, təhvil-təslim aktlarının və digər sənədlərin arxivləşdirilməsini təmin edir;
– Tərəfindən aparılan əməliyyatlar üzrə bank və komersiyya sirləri təşkil edən məlumatların qorunmasını təmin edir;
– Bankın digər bölmələri ilə qarşılıqlı əlaqələr yaradır;
– Əmək müqaviləsi, Bankın Nizamnaməsi, idarəetmə orqanlarının və/və ya departamentin (filialın) əsasnaməsi, habelə fəaliyyətinə dair digər bankdaxili korporativ aktların müvafiq göstərişlərindən irəli gələn başqa funksiyaları icra edir.
– Bilavasitə rəhbəri, Filial şəbəkəsinin idarə edilməsi departamenti, sahə rəhbəri və İdarə Heyətinin sədri tərəfindən verilən, Müşahidə Şurası və bankdaxili komitələrin qəbul etdiyi qərarlardan, əmək müqaviləsindən, Bankın Nizamnaməsi, idarəetmə orqanlarının və/və ya departamentin (filialın) əsasnaməsi və fəaliyyətinə dair bankdaxili korporativ aktlardan irəli gələn tapşırıq və sərəncamları qeyd-şərtsiz yerinə yetirir.
Yumşaq bacarıqlar
- Məsuliyyət
- Nizam intizam
- Detallara diqqət
- Dürüstlük
Digər şərtlər
Vəzifələrini həyata keçirən zaman ortaya çıxan vacib məsələlər barədə subordinasiya qaydalarına uyğun olaraq bilavasitə rəhbərinə müraciət edir və məsələlərin həlli istiqamətində onunla əməkdaşlıq edir.
– Əmək fəaliyyəti prosesində Bankın struktur bölmələrinin cari iş ahənginin pozulmasına və komandadaxili münasibətlərin pisləşməsinə təsir göstərən hərəkətlərə yol verməməlidir.
Dil biliyi
- Azərbaycan – Yüksək
- Rus – Orta
- İngilis – Başlanğıc
Kompüter biliyi
- MS office – Başlanğıc