İşin təsviri
-Tələbləri, istifadəçi hekayələrini və qəbul meyarlarını, spesifikasiyaları və test əsaslarını təhlil etmək, nəzərdən keçirmək və qiymətləndirmək;
-Test ssenariləri və test prosedurlarını dizayn etmək və həyata keçirmək;
-Testləri yerinə yetirmək, nəticələri qiymətləndirmək və gözlənilən nəticələrdən kənarlaşmaları sənədləşdirmək;
-Testin gedişatı hesabatlarının və test xülasə hesabatlarının hazırlanmasında iştirak etmək;
-Test prosesini asanlaşdırmaq üçün müvafiq alətlərdən istifadə etmək.
Yumşaq bacarıqlar
- Analitik düşünmə qabiliyyəti
- Detallara diqqət
- Keyfiyyət yönümlülük
Digər şərtlər
– Ali təhsil (informasiya texnologiyaları, iqtisadiyyat sahələri üzrə olmaqla);
– Müvafiq sahə üzrə ən azı 1 illik davamlı iş təcrübəsi;
– Proqram təminatı testi üzrə biliklər;
– Proqram və sistemlərin memari cəhətləri haqqında biliklərə sahib olmaq, onların iş prinsiplərini anlamaq, müxtəlif alət və texnologiyaların təyinatlarını başa düşmək və onlardan istifadə etmək;
– Texniki sənədlərlə işləmə bacarığı;
– Məlumatların toplanması, təhlili və sistemləşdirilməsi bacarıqları;
– Effektiv ünsiyyət və əməkdaşlıq bacarıqları;
– Problem həll etmə və tənqidi düşünmə bacarıqları;
– Komanda şəklində işləmə bacarığı.
– Daimi olaraq yeni IT biliklərinin mənimsənilməsi və yeniliyə həvəsli olmaq, müvafiq sahə üzrə standartları mənimsəmək.
Dil biliyi
- Azərbaycan – Mükəmməl
- İngilis – Orta
Kompüter biliyi