Mikrokreditlər bölməsinin rəhbəri (Xaçmaz filialı)

İşin təsviri

  • Filialın Mikrokreditlər üzrə portfelinin artımına və keyfiyyətinə nəzarət edir;
  • Bank tərəfindən filialın Mikrokreditlər bölməsinin qarşısında müəyyən olunmuş hədəflərin yerinə yetirilməsinə nəzarət edir və bununla əlaqədar təkliflər verir;
  • Müştəri Xidmətləri Departamentinin/Filialın Kredit Komitəsinidə mütləq üzv kimi iştirak edir;
  • Müştəri Xidmətləri Departamentinin/Filialın Kiçik Kredit Komitəsinə sədrlik edir;
  • Filialın Mikrokreditlər bölməsinin əməkdaşlarının bankın daxili qaydalara və işguzar adətlərə əsasən öz vəzifələrini məsuliyyətlə yerinə yetirməsinə əmək intizamına, davamiyyətə və əməkdaşların geyim qaydalarına riayət etmələrinə nəzarət edir;

Tələblər:

  • Ali təhsil- İqtisadi-idarəetmə sahəsində
  • Sahə üzrə iş təcrübəsi – 4-6 il
  • Dil biliyi- Azərbaycan dili- yüksək, Rus dili- orta
  • MS Office proqramları ilə işləmə bacarığı;

Biz sizə nə təklif edirik?

  • Karyera inkişafı üçün əlverişli mühit;
  • Fəaliyyət sahəsi üzrə təlimlərdə iştirak imkanı;
  • Komanda quruculuq tədbirlərində iştirak imkanı;
  • İdman zallarında endirim imkanları;
  • Mobil operatorun korporativ tariflərinə qoşulmaq imkanı;
  • Bölgələrdə yerləşən müxtəlif yüksək səviyyəli otellərdə endirimlər;
  • Könüllü tibbi sığorta;
  • Həyatın yığım sığortasına qoşulmaq imkanı.

Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.