İşin təsviri
• Bankdaxili prosesləri izləmək, müvafiq strukturlarla görüşlər keçirmək və mövcud proseslər haqqında məlumatlar toplamaq;
• Proses xəritələri, iş axını sxemləri və proses sənədlərinin hazırlanması;
• Mövcud prosesləri təhlil edərək təkmilləşmə ehtiyaclarını müəyyənləşdirmək;
• Proseslərin optimallaşdırılması üzrə təkliflər vermək və aidiyyəti strukturlarla birgə həyata keçirilməsini təmin etmək;
• Süni intellekt layihələrinin icrasında iştirak etmək, AI əsaslı həllərin bank proseslərinə inteqrasiyası üçün araşdırmalar aparmaq;
• Camunda platforması əsasında proses avtomatlaşdırma sistemlərinin qurulmasında iştirak etmək;
• Rəqəmsallaşma sahəsində müvafiq həllərin, təşəbbüslərin hazırlanması və tətbiqi;
• Müvafiq işlərlə bağlı təqdimatların hazırlanması.
Yumşaq bacarıqlar
- Biznes yönümlülük
- Təşəbbüskarlıq
- İşi təqib etmə
- Təqdimetmə
- Problem həlletmə
- Analitik düşünmə qabiliyyəti
Digər şərtlər
• Ali təhsil (İnformasiya texnologiyaları, iqtisadiyyat və ya əlaqəli sahələr üzrə);
• Müvafiq sahə üzrə ən azı 2 il iş təcrübəsi;
• Proqram və sistemlərin memarlığı, iş prinsipləri və müxtəlif texnoloji alətlərin təyinatı haqqında biliklər;
• Məlumatların toplanması, təhlili və sistemləşdirilməsi bacarığı;
• Yeni texnologiyaları öyrənmək və tez adaptasiya olmaq bacarığı;
• Təşkilatçılıq, planlaşdırma və effektiv ünsiyyət bacarıqları;
• Problem həll etmə və innovativ yanaşma qabiliyyəti;
• Azərbaycan dili – yüksək, İngilis dili – orta səviyyə.
Dil biliyi
- Azərbaycan – Mükəmməl
- İngilis – Orta
Kompüter biliyi
- MS Office – Yüksək
- Visio və ya bənzər proqramlar – Yüksək
- Jira və ya bənzər idarəetmə proqramları – Yüksək
- Figma və ya bənzər dizayn alətləri – Yüksək
- BPM sistemləri (Camunda üstünlükdür) – Yüksək
- CRM sistemləri – Yüksək