Pərakəndə kredit məhsulları şöbəsinin kiçik eksperti

İşin təsviri

Vəzifə funksiyaları

-Rəqib banklar, maliyyə qurumları və bazar konyunkturu üzrə məlumatların toplanması, emalı və data əsaslı təhlilinin aparılması; bazar ehtiyaclarının müəyyənləşdirilməsi və müvafiq məhsul/təkliflərin hazırlanması;
-Yeni kredit məhsulları və mövcud məhsullara dəyişikliklərlə bağlı təkliflərin hazırlanması zamanı statistik məlumatların təhlili, trendlərin qiymətləndirilməsi və nəticələrin əsaslandırılmış formada təqdim edilməsi;
-Pərakəndə kredit məhsullarına dair bütün tələb olunan hesabatların hazırlanması üçün məlumatların toplanması, emalı, sistemləşdirilməsi və nəticələrin analitik şəkildə təqdim olunması;
-Yeni və rəqəmsal kredit məhsullarının hazırlanması prosesində data təhlilindən istifadə edərək təkmilləşdirmə sahələrinin müəyyən edilməsi; texniki tapşırıqların yazılması və tətbiq prosesində məlumatların düzgün inteqrasiyasına nəzarət və s.

Yumşaq bacarıqlar

  • Təşəbbüskarlıq
  • Məsuliyyət
  • Nəticəyə yönümlülük

Dil biliyi

  • Azərbaycan – Yüksək

Kompüter biliyi

  • Office proqramları – Orta