Proqram dəstəyi və İT əməliyyatları şöbəsinin eksperti

İşin təsviri

  • Daxil olan müraciətləri araşdıraraq problemlərin səbəblərinin müəyyən edilməsi, həlli məqsədilə aidiyyəti struktur bölmələrlə koordinasiya, şöbə müdiri və departament direktoruna hesabatlığın təqdim edilməsində iştirak;
  • Departamentin fəaliyyət istiqamətləri üzrə tələb olunan qayda və prosedurlara uyğun fəaliyyət;
  • İnformasiya sistemlərində mütəmadi əsasda təkrarlanan prosesləri bankdaxili sənədlər əsasında yerinə yetirilməsi;
  • Bank əməkdaşları tərəfindən istifadə edilən proqram təminatı və tətbiqlərin fəaliyyətinin dəstəklənməsinin təmin edilməsi;
  • Change Management sistemi ilə qəbul edilmiş sorğular haqqında aidiyyatı struktur bölmələri məlumatlandıraraq sorğuların icrası üzrə koordinasiyalı fəaliyyət.

Tələblər:

  • Azərbaycan – Yüksək
  • İngilis – orta
  • Rus -orta
  • MS Office – Yüksək
  • Oracle SQL – Orta
  • Ali təhsil – bakalavriat
  • Sahə üzrə iş təcrübəsi: 1-3 il

​​​​​​​Biz sizə nə təklif edirik?

  • Karyera inkişafı üçün əlverişli mühit;
  • Fəaliyyət sahəsi üzrə təlimlərdə iştirak imkanı;
  • Komanda quruculuq tədbirlərində iştirak imkanı;
  • İdman zallarında endirim imkanları;
  • Mobil operatorun korporativ tariflərinə qoşulmaq imkanı;
  • Bölgələrdə yerləşən müxtəlif yüksək səviyyəli otellərdə endirimlər;
  • Könüllü tibbi sığorta;
  • Həyatın yığım sığortasına qoşulmaq imkanı.

Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq qeydiyyatdan keçib, müraciət edə bilərsiniz.