Sahə monitorinqi bölməsinin eksperti

İşin təsviri

– Bankın kredit məhsullarının, bütün növ kreditlərin verilməsi üzrə prosedur və qaydaların təkmilləşdirilməsi və çatışmazlıqların aradan qaldırılması barədə bölmə rəhbərinə təkliflər verir.
– Mikro, Korporativ və KOS portfeli üzrə mütəmadi monitorinqlər aparır, müştərinin maliyyə təhlili və nəzarət səfərlərinin aparılmasını həyata keçirir;
– Kredit üzrə ödənişləri təhlükə altına ala biləcək bütün risk-yönümlü məlumatları əldə edir;
– Kreditlərin problemli kreditə çevrilmə təhlükəsini öncədən müəyyən edir və bu təhlükənin aradan qaldırılması istiqamətində müvafiq tədbirləri həyata keçirir;
– Kredit üzrə ödənişləri təhlükə altına ala biləcək mümkün riskləri öncədən müəyyən etmək məqsədi ilə borcalanların ödəmə qabiliyyətini təhlil edir;
– Monitorinq zamanı müəyyən olunan potensial risk və nöqsanlar barədə rəhbərliyə məlumatın verilməsi və zəruri hallarda bankın daxili qaydalarında, prosedurlarında dəyişikliklərin edilməsi üzrə tövsiyələr verir;
– Monitorinqin nəticələrinə əsasən rəylərin və hesabatların hazırlanmasını həyata keçirir;

Yumşaq bacarıqlar

  • Nizam intizam
  • Vizyon
  • Həssaslıq
  • Əzm

Texniki səriştəliklər

  • SQL bilikləri arzuolunandır

Dil biliyi

  • Azərbaycan – Mükəmməl
  • Rus – Orta
  • Türk – Orta