Texniki şöbənin kiçik eksperti (Ödəniş sistemləri departamenti)

İşin təsviri

  • Ödəniş kartları üzrə əməliyyat sisteminin (SmartVista sistemi) applikativ inzibatçılığı, sistem resurslarına nəzarət olunmasında iştirak edilməsi;
  • Ödəniş kartları üzrə əməliyyat sisteminin (SmartVista sistemi) bankdaxili və kənar sistem infrastrukturu ilə qarşılıqlı əlaqələndirilməsi üzrə tədbirlərin görülməsinda iştirak edilməsi;
  • Departament direktoru ilə razılaşdırılmaqla, müvafiq texniki sazlamaların və yenilənməllərin aparılması;
  • Meydana çıxmış texniki nasazlıqlar və digər problemlər barəsində təchizatçı şirkət və digər aidiyyatı tərəflər qarşısında sorğunun qaldırılması və müvafiq həllinə nail olunmasında iştirak edilməsi;
  • Bankın ödəniş sistemlərinin nəznində prosessinqin 24/7 rejimində işləməsinin təmin edilməsi;
  • Ödəniş kartları üzrə əməliyyat sisteminin (Web/Front/Back) yenilənməsi və verilənlər bazasına nazərət edilməsində iştirak;
  • Bankın emissiya etdiyi ödəniş kartları üzrə reyestrin formalaşdırılması və mütəmadi əsasda yenilənməsi;
  • Ödəniş kartları ilə aparılmış əməliyyatlar üzrə hər hansı bir axtarış və ya araşdırmanın aparılmasında iştirak edilməsi;
  • Əmək müqaviləsi, Bankın Nizamnaməsi, idarəetmə orqanlarının və/və ya departamentin (filialın) əsasnaməsi, habelə fəaliyyətinə dair digər bankdaxili korporativ aktların müvafiq göstərişlərindən irəli gələn başqa funksiyaları icra edilməsi;

Tələblər:

  • Ali təhsil- bakalavriat
  • Sahə üzrə iş təcrübəsi 0-1 il
  • Dil biliyi- Azərbaycan dili- yüksək, Rus dili- orta,İngilis-orta
  • MS Office -orta
  • SQL-yüksək

Biz sizə nə təklif edirik?

  • Karyera inkişafı üçün əlverişli mühit;
  • Fəaliyyət sahəsi üzrə təlimlərdə iştirak imkanı;
  • Komanda quruculuq tədbirlərində iştirak imkanı;
  • İdman zallarında endirim imkanları;
  • Mobil operatorun korporativ tariflərinə qoşulmaq imkanı;
  • Bölgələrdə yerləşən müxtəlif yüksək səviyyəli otellərdə endirimlər;
  • Könüllü tibbi sığorta;
  • Həyatın yığım sığortasına qoşulmaq imkanı.

Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.