Verilənlər bazalarının idarə edilməsi şöbəsinin eksperti

İşin təsviri

Verilənlər bazalarına aid olan bütün problem və nasazlıqların aradan qaldırılması;
– Məlumat bazalarının dayanıqlı və fasiləsiz fəaliyyətinin təmin edilməsinə nəzarət edilməsi;
– Verilənlər bazaları üzrə günlük və həftəlik ehtiyat nüsxələrin alınmasına nəzarət edilməsi və yaranan problemlərin araşdırılması;
– Yedək bazaların sinxron qalmasına nəzarət edilməsi və yaranan problemlərin araşdırılması;
– ETL proseslərinin fasiləsiz fəaliyyətinin təmin edilməsi və yaranan problemlərin aradan qaldırılması;
– Verilənlər bazaları üzrə istifadəçilərin idarə olunması səlahiyyətlərin və istifadəçi profillərinin tənzimlənəsi;
– Verilənlər bazalarının audit olunmasını təmin etmək;
– Verilənlər bazaları üzrə performansın idarə edilməsi və daim optimizasiya işlərinin görülməsi;
– Yeni qurulmuş bazalar üzrə ehtiyat nüsxələmə strategiyasının hazırlanması.

Yumşaq bacarıqlar

  • Məsuliyyət
  • Detallara diqqət
  • Təşəbbüskarlıq

Digər şərtlər

– Müvafiq sahə üzrə ali təhsil (və ya eyni sahədə 5 il təcrübəsi);
– Oracle, MS SQL, PostgeSQL verilənlər bazalarının idarə olunması üzrə minimum 1 illik iş təcrübəsi;
– Oracle verilənlər bazasının arxitekturası üzrə biliklər;
– Monitorinq sistemləri ilə işləmə bacarığı;
– Oracle məhsul və texnologiyaları üzrə biliklər (RMAN, Data Guard, Golden Gate);
– Oracle (High Availability) həlləri üzrə biliklər;
– Oracle (Disaster Recovery) nasazlıqların bərpa həlləri üzrə biliklər;
– UNİX/ Linux əməliyyat sistemləri üzrə minimal biliklər;
– SQL, PL/SQL programlaşdırmaları üzrə biliklər;
– Problem həll etmə və analiz bacarıqları;
– OCA, sertifikatı arzuolunandır;
– İnformasiya təhlükəsizliyinin əsasları barədə müvafiq anlayış;
– Məsuliyətlilik, diqqətlilik, lazım gəldikdə gərgin iş rejimində işləməyə hazır olmaq.

Dil biliyi

  • Azərbaycan – Mükəmməl
  • Rus – Yüksək
  • İngilis – Yüksək