İşin təsviri
- Yeni xarici tərəfdaşların araşdırılması, onlarla əməkdaşlıqların qurulması istiqamətində işlərin aparılması;
- Şöbənin işi üzrə lazımı hesabatların hazırlanması;
- Xarici partnorlardan borclanma imkanlarının araşdırılması;
- Əməkdaşların inkişaf ehtiyaclarını ortaya çıxarır və buna uygün planlaşdırma həyata keçirir;
- Şöbənin işinin planlaşdırılması və bu plana uyğun nəzarət;
- Bilavasitə rəhbəri, sahə rəhbəri və İdarə Heyətinin sədri tərəfindən verilən, Müşahidə Şurası və bankdaxili komitələrin qəbul etdiyi qərarlardan, əmək müqaviləsindən, Bankın Nizamnaməsi, idarəetmə orqanlarının və/və ya departamentin (filialın) əsasnaməsi və fəaliyyətinə dair bankdaxili korporativ aktlardan irəli gələn tapşırıq və sərəncamları qeyd-şərtsiz yerinə yetirir.
Tələblər:
- Dil bilikləri:ingilis-yüksək,rus -orta;
- Sahə üzrə iş təcrübəsi:4-6 il;
- Ali təhsil – bakalavriat;
- MS Office – Yüksək.
Biz sizə nə təklif edirik?
- Karyera inkişafı üçün əlverişli mühit;
- Fəaliyyət sahəsi üzrə təlimlərdə iştirak imkanı;
- Komanda quruculuq tədbirlərində iştirak imkanı;
- İdman zallarında endirim imkanları;
- Mobil operatorun korporativ tariflərinə qoşulmaq imkanı;
- Bölgələrdə yerləşən müxtəlif yüksək səviyyəli otellərdə endirimlər;
- Könüllü tibbi sığorta;
- Həyatın yığım sığortasına qoşulmaq imkanı.
Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq qeydiyyatdan keçib, müraciət edə bilərsiniz.