İşin təsviri
- İnformasiya təhlükəsizliyi sahəsində peşəkarlarla birlikdə praktiki təcrübə qazanmaq;
- Real iş mühiti ilə tanış olmaq və sahə üzrə bilikləri praktiki şəkildə tətbiq etmək;
- Fərdi və peşəkar bacarıqları inkişaf etdirmək;
- Bank sektorunda karyeraya ilk addımı atmaq və peşəkar komandanın bir hissəsi olmaq.
Tələblər
- İnformasiya Texnologiyaları və İnformasiya Təhlükəsizliyi istiqaməti üzrə ali təhsil (4-cü kurs tələbələri və yeni məzunlara üstünlük veriləcək);
- İnformasiya təhlükəsizliyi və nüfuzetmə testi (penetration testing) üzrə əsas anlayışlara sahib olmaq;
- Linux və Windows əməliyyat sistemləri ilə işləmək üzrə ilkin biliklərə malik olmaq;
- Şəbəkə və veb tətbiqlərinin təhlükəsizliyi üzrə əsas biliklərə sahib olmaq;
- Azərbaycan dili (əla), Rus dili və İngilis dili (yaxşı səviyyədə arzuolunandır);
- Sahə üzrə sertifikatların olması üstünlükdür;
- Öyrənməyə və yeni biliklər əldə etməyə həvəsli olmaq;
- Təşəbbüskarlıq, komanda ilə işləmək və yeni iş mühitinə çevik uyğunlaşmaq.