Kart prosessinq sisteminin idarəedilməsi şöbəsində mütəxəssis (PL/SQL Developer)

İşin təsviri


· Verilmiş texniki tapşırıqlara uyğun olaraq PL/SQL dilində layihə və məhsulların hazırlanması, test olunması və səhvlərin aradan qaldırılması;

· PL/SQL üzərindən yazılmış mövcud layihələrdə lazımi əlavələr, dəyişikliklərin olunması;

· PL/SQL kontekstində: packages, procedures, pipeline functions, indexes, materialized views, bulk collection və digər elementləri analiz etmək və optimallaşdırmaq bacarığı;

· Compass sistemində gün sonu prosesləri və baş verən xətaların core sistemində araşdırılması və həlli;

· Komanda yoldaşlarına dəstək və tövsiyyələrin verilməsi;

· Rus dilində yazışma və texniki səviyyədə ünsiyyət bacarığı;;

· Əlaqədar sahələrdə sertifikatların olması üstünlükdür (məsələn, Oracle Certified Associate (OCA), Oracle Database PL/SQL Developer Certified Professional və s.).

Tələblər

· Ali təhsil;

· PL/SQL ,SQL sahəsində minimum 1 il iş təcrübəsi;

· PostgreSQL üzrə bilik arzuolunandır;

· CMS (Card Management System) programı üzrə bilik arzuolunandır;

· İnkişaf etmiş məntiqi və analitik təfəkkür, alqoritmik düşünmə qabiliyyəti;

· Dil bilikləri: Azərbaycan dili (əla); Rus dili(texniki səviyyədə) və İngilis dili arzuolunandır;

· Yeni bilik və bacarıqları özündə inkişaf etdirmək həvəsi;

· Komandanın bir üzvü olmaq üçün yeni iş mühiti və kollektivə tez uyğunlaşmaq bacarığı;

· Müvafiq sahə üzrə sertifikatları olan namizədə üstünlük veriləcəkdir.

· Agile metodologiyası barədə məlumatlı olmaq ( biliyi arzuolunandır)

· Bank sektorunda iş təcrübəsi olan namizədə üstünlük veriləcəkdir.